Aİ Şurasının Prezidenti Azərbaycan və Ermənistanı dialoqa çağırıb - ednews.net

24 Yanvar, Bazar ertəsi

Aİ Şurasının Prezidenti Azərbaycan və Ermənistanı dialoqa çağırıb

Siyasət A- A A+

““Şərq Tərəfdaşlığı" regionunda həlli uzanan münaqişələr əsas problemlərdən biridir”.

EDNews.net-in xəbərinə görə bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu”nun illik assambleyasına video-müraciətində deyib.

O bildirib ki, Aİ münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli üçün səylərin daha da gücləndirilməsini dəstəkləyir: “Avropa İttifaqı münaqişələrin qarşısını almaq və mövcud münaqişələrin həllinin tapılmasına kömək prosesində öz rolunu oynamağa həmişə hazırdır. Bura etimadın yaradılması, dayanıqlı və hərtərəfli həll yolunun tapılmasına töhfə vermək və postmünaqişə reabilitasiyası istiqamətində addımların atılmasına dəstək vermək daxildir”.

Ş. Mişel Azərbaycan və Ermənistanı dialoqa çağırıb: “Azərbaycan və Ermənistan arasında münasibətlər vəziyyətin nə dərəcədə kövrək olduğunu göstərir. Mən inanıram ki, yalnız siyasi dialoq dayanıqlı həll yoluna apara bilər”.

O vurğulayıb ki, bu istiqamətdə Ermənistan və Azərbaycandakı vətəndaş cəmiyyətlərinin də üzərinə iş düşür: “Onlar bir araya gələrək cəmiyyətlər arasında körpü qurulması və barışıq səylərinə kömək edə bilərlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...