Moskvada Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək - ednews.net

19 Yanvar, Çərşənbə

Moskvada Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək

Siyasət A- A A+

“Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın iclası keçiriləcək”.

EDNews.net xəbər verir ki, bu barədə Ermənistanın İctimai Radiosuna baş nazirin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

Baş nazir müavinlərinin görüşü barədə razılıq noyabrın 26-da Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə əldə olunub.

Görüşdə regional dəmir yolu və avtomobil kommunikasiyalarının açılması, həmçinin, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...