Azərbaycan Ermənistanla sülh sazişi imzalanması üzrə danışıqlara başlamağa hazırdır - Hikmət Hacıyev - ednews.net

19 Yanvar, Çərşənbə

Azərbaycan Ermənistanla sülh sazişi imzalanması üzrə danışıqlara başlamağa hazırdır - Hikmət Hacıyev

Siyasət A- A A+

“Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırdır”.

EDNews.net-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, sülh sazişində də əsas parametr və prinsip dövlətlərin ərazi bütövlüyü və suverenliyi, sərhədlərin toxunulmazlığıdır: “Soçi görüşünün nəticələrini Azərbaycan müsbət qiymətləndirir. Qəbul olunmuş Bəyanatda əks olunmuş fikirlər, həmçinin, aparılmış müzakirələrin nəticələri də göstərir ki, qarşımıza qoyduğumuz hədəflərin həyata keçirilməsi istiqamətində müsbət dinamika var. Eyni zamanda Ermənistan özü də regionda dəyişmiş geosiyasi reallığı tam şəkildə dərk etməlidir. Azərbaycan və Ermənistan arasında yekun sülhün olması Ermənistanın maraqlarına uyğun olacaq məsələdir. Azərbaycan öz tərəfindən regionda sülhün, sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...