Paşinyan tərəfdarları ilə gecə yarıyadək iclas keçirdi - Nələr müzakirə olundu? - ednews.net

21 Yanvar, Cümə

Paşinyan tərəfdarları ilə gecə yarıyadək iclas keçirdi - Nələr müzakirə olundu?

Siyasət A- A A+
Ermənistanın baş naziri N.Paşinyan dünən dekabrın 2-i axşamdan gecə yarıyadək hakim "Vətəndaş razılaşması" partiyasının parlament fraksiyasının üzvləri ilə iclas keçirib.
 
EDNews.net xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
 
“Bizə məlumat verilib ki, hökumətyönlü deputatlar baş nazirin müavini Mqer Qriqoryanın Rusiyaya səfərinin yekunlarını müzakirə ediblər.
ArmLur.am-ın məlumatına görə, görüşdə əsasən baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan çıxış edib. Onlar Mqer Qriqoryanın yaxın vaxtlarda komissiyaya təqdim edə bilməsi üçün bəzi məsələlərlə bağlı birgə qərar qəbul etməli olduqlarını bildiriblər. İştirak edənlərdə belə bir təəssürat yaranıb ki, yenidən imzalanmaq üçün ətrafında heç bir əsaslı müzakirə aparılmayan sənəd hazırlanır.
 
Əldə etdiyimiz məlumata görə, bundan sonra üzdəniraq sənədləri baş nazir Paşinyan deyil, ehtimal ki, Mqer Qriqoryan və Suren Papikyan imzalayacaq. Görünən odur ki, təslim olma ətaləti və ölkəmizin ərazilərinin davamlı olaraq ötürülməsi dayanmayıb. Lakin bu proses artıq Paşinyanın simasında bir obraz ətrafında fırlanmayacaq, çoxvektorlu olacaq ki, bu da indiki hakimiyyətin xeyrinə olan daha bulanıq bir mənzərə  yaradacaqdır.
 
Eyni zamanda qeyd edək ki, dünən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan tərəfi ilə sənədlə bağlı razılığa gələ bilmədiyini bəyan edib və bu açıqlamadan sonra  Paşinyan fraksiyasının növbədənkənar iclası narahatlıq doğurur" - erməni nəşri belə yazır.
 
Bu arada “Vətəndaş razılaşması” partiyasından olan deputat Ovik Ağazaryan NEWS.am-a bildirib ki, baş nazir vaxtaşırı fraksiya üzvləri ilə görüşür və bu da növbəti belə görüş olub. “İlk növbədə təhlükəsizlik məsələləri, Soçi görüşü və s. müzakirə edilib” - deyə erməni deputat  əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...