Bakıda NATO-nun təlim kursu keçirilib - ednews.net

27 Yanvar, Cümə axşamı

Bakıda NATO-nun təlim kursu keçirilib

Siyasət A- A A+

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "Hərbi ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilib.

Müdafiə Nazirliyindən EDNews.net-ə verilən məlumata görə, kursda dinləyicilərə NATO-nun media və ictimaiyyətlə birgə fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə brifinqlər təqdim olunub. Mövzuya dair fikir mübadiləsi aparılaraq praktiki qrup çalışmaları yerinə yetirilib.
Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...