Rusiya sülhməramlılarından Ağdərə açıqlaması - ednews.net

24 Yanvar, Bazar ertəsi

Rusiya sülhməramlılarından Ağdərə açıqlaması

Siyasət A- A A+

Rusiya sülhməramlı kontingentinin hərbçiləri keçmiş Ağdərə rayonu ərazilərinin minalardan təmizlənməsi üzrə işlərə başlayıblar.

EDNews.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

“Rusiya sülhməramlıları partlamamış hərbi sursatların, mərmilərin və minaların axtarışı, yaşayış məntəqələrinin, kənd təsərrüfatı torpaqlarının və mal-qaranın saxlanması üçün otlaq sahələrinin təmizlənməsi işlərini həyata keçirilər”,- məlumatda bildirilib.

Ümumilikdə, 2020-ci il noyabrın 23-dən bəri Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamları tərəfindən 2322,1 hektar ərazi, 683 km yol, 1937 tikili partlamamış hərbi sursatdan təmizlənib, 26078 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...