Ermənistan törətdiyi cinayətlərin cəzasını çəkməlidir - Tofiq Zülfüqarov - ednews.net

19 Yanvar, Çərşənbə

Ermənistan törətdiyi cinayətlərin cəzasını çəkməlidir - Tofiq Zülfüqarov

Siyasət A- A A+

“Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi qərarların hüquqi-siyasi baxımdan mühüm əhəmiyyəti var. Ancaq proseslər bundan sonra da davam etməlidir. Bir məhkəmə ilə bütün işləri həll etmək mümkün deyil”.

Bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O vurğulayıb ki, gələcəkdə qaçqın və köçkünlərə təzminatın ödənilməsi məsələsi gündəmə gəlməlidir: “Bu isə gələcəkdə də müxtəlif qurumlara, o cümlədən məhkəmələrə müraciət etmək deməkdir. Ermənistanın bundan sonra xarici siyasətdə hansı istiqaməti seçəcəyi bizim üçün o qədər də əhəmiyyətli olmamalıdır. Bütün hallarda biz öz işimizi davam etdirməliyik. Ermənistan törətdiyi cinayətlərin cəzasını çəkməlidir”.

T. Zülfüqarovun fikrincə, hətta Ermənistanın bu fiaskosundan sonra da havadarlarınının İrəvana münasibəti dəyişməyəcək: “Məsələ ondan ibarətdir ki, Fransa və başqaları hər şeyi yaxşı görür, anlayırlar. Həmin dövlətlərin Ermənistanı dəstəkləmələrinin səbəbi heç də erməniləri haqlı saymaları ilə bağlı deyil. Sadəcə bəzi dövlətlərin məsələ ilə bağlı mövqeyi onların öz maraqlarının təcəssümüdür. Üstəgəl, Fransadakı erməni diasporu da proseslərə əsaslı təsir göstərir. Odur ki biz daim hücum taktikasında oynamalı, müxtəlif yanlış stereotiplərdən uzaqlaşmalıyıq. Ermənistandandakı daxili vəziyyətlə bağlı fərqli fikirlər də bu qəbildəndir. Məsələ ondan ibarətdir ki, daxili vəziyyət onların özlərini düşündürməlidir. Baş nazir Nikol Paşinyanın radikal şəxs və qruplaşmalara qarşı mübarizəsi onun öz problemidir. Hər halda biz ictimaiyyətin müharibəyə münasibətini gördük. Qonşularla normal münasibət, daxildəki problemləri həll etmək Paşinyanın özünə lazımdır. Əgər kapitulyasiya sənədinə qol çəkilibsə, deməli, öhdəliklər mütləq yerinə yetirilməlidir. Bizim üçün maraqlı olan ancaq budur”.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiası üzrə qərarını açıqlayıb. Məhkəmə İrəvanın əsas iddiası və məqsədi olan Azərbaycanda saxlanılan erməniəsilli şəxslərin dərhal və qeyd-şərtsiz geri qaytarılmasına dair iddiasını təmin etməyib. Həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin olunmayıb.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...