"Partiya üzvlüyündən çıxarılanlar var, lakin məhdud saydadır" - YAP-ın sədr müavini - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

"Partiya üzvlüyündən çıxarılanlar var, lakin məhdud saydadır" - YAP-ın sədr müavini

Siyasət A- A A+
"Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin siyahısnın dəqiqləşdirilməsi prosesi gedir və artıq bu sahədə bir sıra işlər görülüb".
 
EDNews.net xəbər verir ki, bunu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
 
O qeyd edib ki, bununla bağlı təmailə yeni elektron sistem bazası qurulur: "Müxtəlif dövlət qurumları ilə birgə işlər görürülür. "ASAN Xidmət" vasitəsilə bütün partiya üzvlərinin məlumatlarının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, həm qeydiyyat yeri, həm də onların miqrasiya prosesləri ilə əlaqədar işlər aparılır".
 
T.Budaqov vurğulayıb ki, YAP-a daimi yeni üzvlər qəbul olunur: "Təbii ki, gənclərin müraciəti çoxluq təşkil edir. Partiyanın üzvlüyündən çıxarılanlar var, lakin bu çox məhdud saydadır. Vəfat edənlər də olur. Müxtəlif səbəblərdən partiya uçotunda müvafiq dəqiqləşdirilmələr aparılır. Son statisktikaya əsasən YAP-ın 800 minə yaxın üzvü var".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...