Bakı İrəvanı növbəti dəfə kapitulyasiyaya məruz qoymağı gözləyir - Rusiya KİV - ednews.net

17 Yanvar, Bazar ertəsi

Bakı İrəvanı növbəti dəfə kapitulyasiyaya məruz qoymağı gözləyir - Rusiya KİV

Siyasət A- A A+

Soçidə keçirilən görüşlər nəticəsində Ərdoğanla Putinin danışıqlarından sonra Ermənistanın siyasi dairələrində Zəngəzur dəhlizi məsələsi ilə bağlı müəyyən narahatlıqlar yaranıb.

EDNews.net xəbər verir ki, bu barədə “realtribune.ru” nəşri yazıb.

Müəllifin sözlərinə görə, Putin Paşinyana dəhliz məntiqinə qayıtmaq şərtini göstərib.

“Bakı Ankaranın və qismən də Moskvanın köməyinə ümid edərək İrəvanı kapitulyasiyaya məruz qoymağı gözləyir. Qarabağdan imtina etmək və Bakı ilə sülh mqaviləsi Ermənistanın kapitulyasiyasına aparan yoldur”, - deyə mnəqalədə qeyd olunub.

Bildirilib ki, Rusiya Zəngəzur dəhlizi taktikasını yalnız Ermənistanın Rusiyanın bir hissəsi olacağı halda həyata keçirə bilər, lakin Moskva bu istiqamətdə adekvat aktivlik nümayiş etdirmir.

“Ermənistan aparıcı dünya dövlətlərinin təhlükəsizlik zəmanəti altında “bufer” anlayışını “körpü” anlayışı ilə dəyişə bilər. Bu mənada Qarabağ uğrunda mübarizə hələ bitməyib”, - deyə məqalədə yazılıb.

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...