Əliyevin təklif etdiyi dəhliz tələsi - “Kommersant”ın jurnalistindən maraqlı şərh - ednews.net

17 Yanvar, Bazar ertəsi

Əliyevin təklif etdiyi dəhliz tələsi - “Kommersant”ın jurnalistindən maraqlı şərh

Siyasət A- A A+

“Kommersant” qəzetinin jurnalisti Kirill Krivoşeyev populyar telegram kanalı olan "Qız qalası"nın xahişi ilə (Devicya başnya) Azərbaycan Prezidenti İlham Əliyevin Laçın və Zəngəzur dəhlizlərinin ekvivalentliyi ilə bağlı şərh verib. Jurnalistin fikirləri ilə tam razı olmasaq da, maraqlı olacağını nəzərə alaraq diqqətinizə çatdırırıq.

“Əliyevin təklifi mübadilənin bərabərliyilə bağlı suallar yaradır. Açıq deyək: Ermənistandan keçməklə ölkəni yarıya bölən eksterritorial dəhliz ideyası erməniləri haqlı olaraq çox qorxudur. Axı bu dəhliz Araz çayı boyunca Meğri bölgəsindən keçərsə, ermənilər azərbaycanlıların onların İrana gedən yolunu kəsə biləcəyindən ehtiyat edirlər. Məsələn, Azərbaycan əsgərləri bir gün bu dəhlizdə peyda olub Ermənistanın dostu olan iki həmsərhəd ölkədən biri - İrana yolunu kəsəcək.

Prinsipcə, yalnız azərbaycanlıların istifadə etdiyi eksterritorial dəhlizi təsəvvür etmək çətindir. Ermənilər ölkənin cənubuna tərəf necə keçəcəklər. Üst keçidlərlə? Tunellərlə? Burada çoxlu suallar var.

Laçın dəhlizi ilə müqayisə, dediyim kimi, ekvivalentlik baxımından bərabər deyil. Azərbaycan Qarabağda Ermənistana nə vəd edir? Heç nə. Bu o deməkdir ki, Bakının təklifinə görə, Qarabağda ermənilər heç nə əldə etmir. Naxçıvana gedən yol onları Azərbaycan ərazisindən Ermənistan üzərindən Azərbaycana aparır. Bəs Laçın dəhlizi hara aparır? Əgər Ermənistandan Azərbaycandakı şərti erməni muxtariyyətinə aparırsa, o zaman bu, haradasa məntiqlidir. Yox, əgər Ermənistandan Azərbaycanın hansısa adi bir rayonuna aparırsa, onda yox.

Amma bir daha xatırladım ki, Əliyev heç bir muxtariyyət təklif etmir. Bu o deməkdir ki, müddətsiz fəaliyyət göstərəcək dəhlizin (Zəngəzur) yalnız Rusiya sülhməramlı qüvvələri çıxarılana qədər fəaliyyət göstərəcək dəhlizlə (Laçın) dəyişdirilməsi təklif edilir. Bu aldatmaqdır.

Aldanmamaq üçün Qarabağın statusu məsələsinə qayıtmaq lazımdır. Əliyev indi deyir ki, heç bir status olmayacaq, məsələ həll olunub. Putin isə məsələnin həll olunmadığını və gələcəkdə Qarabağın statusunun müzakirə olunacağını deyir. Əgər Laçın dəhlizi eksterritorialdırsa, orada heç bir keçid məntəqəsi olmayacaq, o zaman hesab edirəm ki, Putinin Qarabağın statusunun müzakirəsi və Qarabağ ermənilərinə bəzi güzəştlərin edilməsi ilə bağlı dedikləri reallaşmalıdır.

Mən başa düşürəm ki, ərazi bütövlüyü məsələsi Azərbaycan üçün son dərəcə vacibdir, lakin ermənilərə heç olmasa nəsə təklif edilməlidir. Burada Bosniya ilə bağlı Dayton razılaşması nümunə kimi götürülə bilər. Orada serb anklavları da, xorvat anklavları da var və onlar necəsə dinc şəraitdə birgə yaşayırlar.

Laçın dəhlizində keçid məntəqələri qurulsa, bu, Qarabağ ermənilərinin sonu olacaq. Mən başa düşürəm ki, belə bir ssenari Bakını sevindirəcək, lakin bu, uzun illər sülh şəraitində birgə yaşayışa gətirib çıxara bilərmi? Məncə yox.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...