3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək - Çavuşoğlu - ednews.net

20 Yanvar, Cümə axşamı

3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək - Çavuşoğlu

Siyasət A- A A+

"Qarabağ mövzusunda 3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək".

EDNews.net xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, növbəti görüşdə Gürcüstan tərəfi də iştirak edə bilər.

Çavuşoğlu, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün keçirdiyi görüşdən danışıb:

"Qardaş Azərbaycanla strateji münasibətlərin inkişafını müzakirə etdik. 3+3 əməkdaşlıq formatında Moskvada keçirilən ilk görüşün nəticələri barədə danışdıq".

Qeyd edək ki, dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında keçilən regional platformanın ilk toplantısı keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...