İrakli Qaribaşvili Azərbaycan Prezidentinə zəng edib - ednews.net

19 Yanvar, Çərşənbə

İrakli Qaribaşvili Azərbaycan Prezidentinə zəng edib

Siyasət A- A A+

Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

EDNews.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib.

İrakli Qaribaşvili Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...