“Şarl Mişel bizə mane olmadı” - Paşinyan - ednews.net

17 Yanvar, Bazar ertəsi

“Şarl Mişel bizə mane olmadı” - Paşinyan

Siyasət A- A A+

“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə müzakirə etdiyimiz eyni məsələlərdən danışdıq".

EDNews.net “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu cümə günü Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.

"Təkbətək söhbət zamanı da eyni məsələ müzakirə olundu. Elə hal olmadı ki, Şarl Mişel 20 dəqiqə otağı tərk etsin, biz "aha" deyək və əvvəllər müzakirə etmədiyimiz bir şey haqqında danışmağa başlayaq”.

Paşinyanın sözlərinə görə, o, Əliyevlə söhbəti mövcud gündəm ətrafında davam etdirib: nə dinamikada, nə də məzmunda heç bir dəyişiklik olmayıb.

Paşinyan əlavə edib ki, Şarl Mişelin görüşdə iştirakı onların hər hansı bir məsələni müzakirə etmələrinə mane olmayıb.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...