Qazaxıstandakı azərbaycanlıların NƏZƏRİNƏ - Səfirlik vətəndaşlarımıza səsləndi - ednews.net

20 Yanvar, Cümə axşamı

Qazaxıstandakı azərbaycanlıların NƏZƏRİNƏ - Səfirlik vətəndaşlarımıza səsləndi

Siyasət A- A A+

Qazaxıstanda etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması ilə bağlı səfirliyə heç bir müraciət daxil olmayıb.

EDNews.net xəbər verir ki, bu məlumatı Azərbaycanın Qazaxıstandakı səfirliyi yayıb.

Diplomatik nümayəndəliyin məlumatında qeyd olunur ki, Qazaxıstanın üç şəhərində - Almatı, Aktau, Aktobedə vəziyyət hələ də gərgindir. Paytaxt Nur-Sultanda isə etiraz və mitinqlər yoxdur, vəziyyət sabitdir.

Səfirlik Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı, evlərində qalmalarını və bütün zəruri ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə edib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, mövcud vəziyyət Qazaxıstandakı Azərbaycan diasporunun rəhbərliyi ilə də müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...