Rusiya MN Suqovuşanı yenidən “özününkü"ləşdirdi Bu, artıq açıq təhdiddir...

Siyasət 11:28 08.01.2022
"Artıq bu fakta heç bir don geyindirməyə yer yoxdur. Texniki səhv bir dəfə,  iki dəfə, yaxşı, 3-5 dəfə olar. Axı belə "xəta"lara birinci yox, "en"inci dəfə yol verilir?!." 
 
Xəbər verdiyimiz kimi, yanvarın 5-i gecə saatlarından  Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycan Respublikasının Qarabağ torpaqlarındakı sülhməramlı(?) kontingentin məsuliyyət zonasına aid xəritəyə 44 günlük müzəffər  savaşımızın nəticələrinə və 10 noyabr bəyanatına əsasən Azərbaycan dövləti və ordusunun birbaşa nəzarətində qalan Tərtər rayonunun Suqovuşan kəndi də "Madagiz" adıyla daxil edilmişdi.
Moderator.az məsələ ilə bağlı dərhal Azərbaycan Respublikası Müdafiə Naziriyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazovdan açıqlamasını da nəzərə çatdıraraq ictimaiyyəti məlumatlandırdıqdan sonra yanvarın 6-ı gecə saatlarında yanvarın 5-ə aid xəritə Rusiya MN-in saytındakı  Qarabağdakı “sülhməramlı” kontingentə aid bölmənin arxivindən də silindi... 
Təəssüf ki, dünən – yanvarın 7-i gecə saatlarından Rusiya Federasiyanın sözügedən rəsmi qurumu yenidən Suqovuşanı “Madagiz” adıyla həmin tarixə aid  “sülhməramlı” xəritəsinə daxil edib. Hələ, üstəlik, həmin məntəqənin yaxınlığına post işarəsi də qoyub(BAX://mil.ru/files/morf/ditu2800-06.jpg) ...
 
Öncəki gün biz həmişəki kimi özümüzü aldadaraq bunu Rusiya MN-in həmin ölkədə 10 gün davam edən "Yeni il bayramı gecələri alkoqolun təsirinə düşmüş hansısa əməkdaşının etdiyi texniki səhv, yaxud həmin quruma yerləşdirilimiş erməni təxribatçısının işi" hesab etməyə çalışdıq...
 
Lakin artıq bu fakta heç bir don geyindirməyə yer yoxdur. Texniki səhv bir dəfə,  iki dəfə, yaxşı, 3-5 dəfə olar.  Axı belə "xəta"lara birinci yox, "en"inci dəfə yol verilir.  Belə çıxır ki, Rusiya MN-in əməkdaşları hamısı qeyri-peşəkar və məsuliyyətsizdir və 10 noyabr razılaşmasından keçən 1 il iki aylıq dövrdə hər gün, hər gecə kütləvi texniki səhvlərə yol verirlər...  Məgər  Azərbaycan Prezidentinin dəfələrlə  "Azərbaycanda  "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur" bəyanatına zidd olaraq  xəbər və xəritələrdə  "Dağlıq Qarabağ" birləşməsini işlətmək,  yaxud Xankəndi əvəzinə “Stepanakert”,  Ağdərə əvəzinə “Mardakert”, Xocavənd yerinə "Martuni" və s. demək, yazmaq da texniki səhvdir?  Xatırladaq ki, 2020-ci il sentyabrın 26-dan - oktyabrın 1-dək- 5 gün ərzində Tərtər rayonunun Qapanlı kəndi də heç bir əsas olmadan "sülməramlı"ların xəritəsinə daxil edilmiş, hətta həmin kənd Rusiya hərbçilərinin patrul marşrutuna da salınmışdı.  Moderator.az bunu da ictimailəşdirdikdən sonra  yalnız 26  sentyabr tarixindəki xəritədə "Qapanlı" adı çıxarılmışdı. Digər günlərin xəritəsində isə bu günədək Qaapnlı kəndi Rusiya MN-in məsuliyyət zonası kimi göstərilir.... 
 
Bütün bunlar açıq-açığına Azərbaycan dövlətinə, Müdafiə Nazirliyinə, mediasına, iqtidarlı-müxalifətli bütün siyasi dairələrinə, bütövlükdə Azərbaycan xalqına acıq verməkdir. Bu, hədsizliyin son həddi olmaqla suverenliyimizə, müstəqilliyimizə birbaşa təhdiddir. Bu, Putin rejimi adından o deməkdir ki,  biz Azərbaycanın 44  günlük savaşdakı uğurlarının nəticələrini-filanı tanımırıq, yalnız Moskvanın diqtə etdiyi olmalıdır və istəsək, sizi də Qazaxıstanın gününə salarıq...
 
Biz artıq  Azərbaycan Müdafiə Nazirliyinə və ya digər qurumlara müraciət etməyə lüzum görmürük. Hər şey, faktlar göz qabağındadır. Artıq nəinki Müdafiə Nazirliyi,  Prezident Administrasiyası səviyyəsində Rusiya MN-in hədsizliyinə MÜNASİBƏT  BİLDİRİLMƏLİDİR...
 
P.S.  44 günlük savaşdan keçən son bir ildən çox dövrdə ayrı-ayrı istisnalarla hərbi ekspertlərimizin bu məsələlərə ciddi reaksiya verməsinin şahidi olmamışıq. Onların yeni yaradılmış qurumunun ciddi bəyanatını gözləyirik...
 
Sultan Laçın
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı