Qanunsuz erməni silahlı dəstəsinin üzvləri qəzada yaralandı - ednews.net

27 Yanvar, Cümə axşamı

Qanunsuz erməni silahlı dəstəsinin üzvləri qəzada yaralandı

Siyasət A- A A+

Ötən gün səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələrinin üzvləri hərəkət etdiyi avtomobil qəzaya uğrayıb.

"Unikal" erməni sosial şəbəkələrinə istinadən xəbər verir ki, Yemişcan yaşayış məntəqəsi istiqamətində qanunsuz silahlı dəstənin üzvlərini aparan yük avtomobilinin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində xəsarət alanlar barədə məlumat gizlədilir. Bildirilib ki, hadisə avtomobilin sürücüsünün içkili olduğu üçün baş verib.

Xatırladaq ki, spirtli içki qəbul etmə səbəbindən qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında belə insidentlərin sayı çoxalıb. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...