İlham Əliyev 3+3 formatını irəli sürəndə, bu ideyanı fəal şəkildə dəstəklədik - Lavrov - ednews.net

25 May, Çərşənbə

(+994 50) 229-39-11

İlham Əliyev 3+3 formatını irəli sürəndə, bu ideyanı fəal şəkildə dəstəklədik - Lavrov

Siyasət A- A A+

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3+3 formatı ideyası irəli sürüləndə biz bunu fəal şəkildə dəstəklədik”.

EDNews.net xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına yol açır və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi, digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edir”, - o vurğulayıb.

S.Lavrovun sözlərinə görə, 3+3 formatında başlanmış proseslər daha əhəmiyyətlidir, çünki bütün regionun inkişaf perspektivləri müzakirə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...