Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi münasibətilə fotosərgi keçirilib

Siyasət 18:49 14.01.2022

Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə yanvarın 14-də Xarici İşlər Nazirliyində fotosərgi keçirilib.

EDNews.net "AZƏRTAC"a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə qardaş ölkələrin Dövlət himnləri səsləndirilib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov sərginin açılışında çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından dərhal sonra ilk diplomatik əlaqələr məhz Türkiyə ilə qurulub. Bu əlaqələr hər iki ölkə arasındakı münasibətləri yeni mərhələyə keçirib.

Diqqətə çatdırılıb ki, diplomatik münasibətlərimizin 30 illiyi münasibətilə xarici işlər nazirləri arasında qarşılıqlı olaraq təbrik məktubları göndərilib: “Türkiyə ən çətin dövrlərdə Azərbaycan ilə birlikdə olub. Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bütün dünyaya örnəkdir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarları qardaşlığımızın mənəvi-ideoloji əsasını təşkil edir”.

Qeyd olunub ki, Azərbaycanın və Türkiyənin bu uğurlu müttəfiqliyi regionda müsbət dəyişikliklərin əsasını təşkil edir. Qardaş ölkələrimizin siyasi rəhbərləri hər iki xalqın istək, arzu və hədəflərinə xüsusi həssaslıq göstərirlər. Bu istiqamətdə həyata keçirilən siyasət ölkələrimizə fayda verməkdədir.

Nazir müavini çıxışında Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana qardaşlıq dəstəyi göstərdiyini, hər zaman yanımızda olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan bunu heç vaxt unutmayacaq. Vətən müharibəsində qazanılan şanlı Zəfər təkcə Azərbaycanın yox, bütün Türk dünyasının Qələbəsidir. Müharibədən sonra regionda yeni reallıqlar yaranıb və bölgədə Türkiyənin mövcudluğu gücümüzə güc qatır. Tarixi Şuşa Bəyannaməsinin imzalanması müttəfiqliyimizi daha yüksək səviyyəyə qaldırıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı ölkəsinin tarix boyu azərbaycanlı qardaşlarına dəstək olmağa çalışdığını bildirib: “Çanaqqala döyüşündə azərbaycanlı qardaşlarımız bizə kömək edib, fədakarlıq göstəriblər. Nuru Paşa da Azərbaycanın çətin anlarında qardaşlarımızın köməyinə gəlib. Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana həm mənəvi, həm də siyasi dəstəyini əsirgəmədi. Biz bütün sahələrdə, o cümlədən beynəlxalq platformalarda daim bir-birimizin yanındayıq. Şuşa Bəyannaməsinin imzalanması əlaqələrimizin zirvəsi oldu. Münasibətlərimizin inkişafı getdikcə dərinləşməkdədir. Biz birlikdə bir çox layihələrə imza atmışıq və bunu davam etdirəcəyik”.

Çıxışlardan sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən tarixi sənədlərə və fotolara baxıblar.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı