“Ukrayna ilə münasibətləri gücləndiririk. Müzakirələr əsnasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə edirik, fikir mübadiləsi aparırıq. Əminəm ki, yaxın gələcəkdə gözəl hadisələrin şahidi olacağıq”.
EDNews.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ukraynalı həmkarı Zelenski ilə birgə mətbuat konfransında səsləndirib.
Ölkə başçısı müstəqillik dönəmində Ukrayna və Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini əlavə edib.
Bu dəstək bugünkü birgə bəyannamədə də əksini tapır:
“Azərbaycanda Ukrayna xalqının mədəniyyətinə böyük maraq və hörmət var. Bu hörmətin əlamətlərindən biri də mənim təşəbbüsümlə Bakının mərkəzində Taras Şevçenkonun abidəsinin ucaldılmasıdır”.
Ölkə başçısı paytaxtın ən böyük meydanlarından birinin də Ukrayna adını daşıdığını xatırladıb.