“Vəzirov ölənə qədər öz xəyanətini dərk etmədi” – 20 Yanvar gecəsi NƏ BAŞ VERİB? Etibar Məmmədovla ÖZƏL MÜSAHİBƏ

Siyasət 11:48 19.01.2022

Tariximizdə qara və qanlı hərflərlə iz qoyan 20 Yanvar hadisələrinin üzərindən 32 il keçir. 32 il sonra ilk dəfə 4-cü sinif dərsliklərində bu hadisələr təhrif olunmuş bir şəkildə, sovet qoşunları və Azərbaycan Xalq Cəbhəsinin silahlı dəstələri arasında baş verən toqquşmalar kimi təqdim olunur. 32 il sonra hələ də xalqına xəyanət etmiş Əlikram Hümbətov 20 Yanvar qəhrəmanı kimi cəmiyyətə təqdim edilir. 32 il sonra və ölümündən sonra ilk dəfə sovet qoşunlarını Bakıya çağırmış Əbdürrəhman Vəzirov müdafiə edilir. 32 il sonra hələ də 20 yanvara aparan “erməni poqromları” müzakirə mövzusudur.

Beləliklə, 32 il sonra, 32 il əvvəl yaşanan və bu gün haqqında danışılan 20 Yanvar hadisələri və gündəmdə olan siyasi mövzularla bağlı İstiqlal Partiyasının qurucusu Etibar Məmmədov EDNews-a eksklüziv müsahibə verib:

- Etibar bəy, Azərbaycanda 4-cü sinif “Rus Dili” dərsliyində 20 Yanvar hadisələrindən bəhs edən mətndə SSRİ qoşunları ilə Azərbaycan Xalq Cəbhəsi əsgərləri arasında toqquşamaların yaşandığı və nəticədə dinc əhalinin xəsarət aldığı qeyd edilib. Həqiqətənmi sovet qoşunları dinc vətəndaşlara qarşı yox, AXC-nin silahlı dəstələrinə atəş açıb?

- Bu Sovet qoşunlarına qarşı müqavimət hərakatı olub, burada silahlı müqavimətdən söhbət gedə bilməz. Şübhəsiz ki, 20 Yanvarda Bakıda və regionlarda xalq dinc şəkildə şəhərlərinin sovet qoşunları tərəfindən işğalına, yaradılmış fövqəladə vəziyyət rejiminə etiraz edib. Həmçinin Qarabağda erməni seperatçılarının təxribatlarının qarşısını almadığına görə sovet hökumətini ittiham edib. Bu işğalçılara qarşı ayrı-ayrı yerlərdə, müxtəlif şəxslər tərəfindən individual mübarizə də aparılıb. Ölüm halları da olub, kimlərdəsə silahın olması da istisna edilə bilməz. Lakin AXC-nin o dövrdə heç bir silahlı dəstəsi və silahlı müqavimət planı mövcud olmayıb.

- Bəs Lənkəranda Əlikram Hümbətov və dəstəsinin şəhərə daxil olan Sovet qoşunlarına qarşı meşələrə çəkilərək döyüş aparması? Bu silahlı müqavimət deyildimi?

- Lənkəranda o hadisəni törədən Əlikram Hümbətov artıq AXC-nin üzvü deyildi. O, Sosial-Demokrat Partiyasının rəhbərliyində idi. Yanvar ayının 10-11-də onlar faktiki olaraq hakimiyyəti ələ keçirib və elan etdilər ki, Lənkəranda artıq sovet hakimiyyəti yoxdur, burada xalq hakimiyyəti qurulur. Bu da sonradan repressiv tədbirlərə səbəb oldu. Yəni, SSRİ rəhbərliyinin əsas hədəfi Bakı idi, Lənkərana müdaxilə qeyd edilən amillərə görə formalaşdı.

- Belə hesab edilir ki, sovet qoşunlarının Bakıya girmə səbəbi 13 yanvarda şəhərdə ermənilərə qarşı törədilən “poqrom”lar idi. Həqiqətənmi Bakıda ermənilərə qarşı  zorakılıq, qətl və yağmalama hadisələri baş vermişdi? AXC-nin dəstələri bu parqomların təşkilində iştirak edibmi?

- “Erməni poqromları”nın baş vermrəsi birbaşa o zamanki, sovet hakimiyyəti tərəfindən idarə olunan Dövlət Təhlükəsizlik Komitəsinin pravakatorları tərəfindən hazırlanıb və həyata keçirilib. Onların xüsusi dəstələri ermənilərə qarşı törədilmiş cinayətlərdə, qətl və soyğunlarda iştirak ediblər. AXC-nin bu hadisələrdə iştirakına gəldikdə isə indiyədək bu barədə heç bir sübut göstərilməyib. Ancaq özlərini dırnaqarası ziyalı və beynəlmiləlçi adlandıran şəxslərin bu boş iddiaları səsləndirib.

- Həqiqətən də bəzi pravakatorlar bu işi görüb, şəhərdə asayişi pozub, milli qarşıdurmanı yaradıblarsa, Əbdürrəhman Vəzirovun sovet qoşunlarını Bakıya çağırması millətə qarşı xəyanətdir, yoxsa sadəcə səriştəsizlik?

- Onu və bu işdə əli olanları mən də, xalq da, tarix də xəyanətdə ittiham edir. Çünki bu ölkənin taleyi bu insana (Vəzirova) tapşırılıb, o ölkəyə rəhbərliyi öz üzərinə götürüb, lakin daşıdığı məsuliyyəti qavramayıb, səriştəsizlik və məsuliyyətsizlik göstərib. Çox təəssüflər olsun ki, o ölənə qədər öz səhvini, məsuliyyətini etiraf etmədi. Və o ümumiyyətlə millilikdən, millətdən uzaq, milli köklərini itirmiş və başqa millətə xidmət edən biri idi.

Nicat İsmayılov

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Hamısı