Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir - Rusiya XİN - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir - Rusiya XİN

Siyasət A- A A+

"Müxtəlif ölkələrin, o cümlədən Ukrayna ilə Azərbaycanın ikitərəfli əlaqələr qurması onların suveren hüquqlarına aiddir, mühüm məsələ bunun üçüncü tərəfə qarşı yönəlməməsidir".

Ednews xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Prezident İlham Əliyevin Ukraynaya son səfərinə münasibət bildirərkən deyib.

“Biz özümüz başqa ölkələrlə əlaqə qurarkən bu təməl prinsipi əsas götürür, tərəfdaşlarımızdan da eyni mövqeyə riayət etmələrini gözləyirik”,  – o bildirib.

M.Zaxarova xatırladıb ki, Prezident İlham Əliyevin Ukraynaya səfəri yanvarın 18-də Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilmiş Rusiya-Azərbaycan liderlərinin telefon söhbətində müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...