Ermənistan ilkin şərt irəli sürmədən demarkasiyaya hazırdır - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Ermənistan ilkin şərt irəli sürmədən demarkasiyaya hazırdır

Siyasət A- A A+

“Ermənistan dövlət sərhədinin demarkasiyası prosesinə başlamaq üçün Azərbaycana ilkin şərt irəli sürmədən həyata keçirilməsinə hazırdır”.

EDNews TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.

“Sərhədin demarkasiyasına dair Ermənistan ilkin şərt irəli sürmür. Söhbət razılaşmalardan gedir. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin ötən il noyabrın 26-da verdikləri bəyanatda qeyd olunur ki, tərəflər Ermənistan – Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi gücləndirmək istiqamətində addımlar atmaq, delimitasiya və demarkasiyaya dair üçtərəfli komissiya yaratmaq üçün çalışmaqla bağlı razılığa gəliblər”, - Hunanyan deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...