Hikmət Hacıyev Kəmarudin Cəffərlə görüşdü - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Hikmət Hacıyev Kəmarudin Cəffərlə görüşdü

Siyasət A- A A+

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kəmarudin Cəffərlə görüşüb.

Ednews xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz tviter səhifəsində yazıb.

“Malayziyanın xarici işlər nazirinin müavini cənab Kəmarudin Cəffərlə məhsuldar görüş keçirildi. Görüş zamanı ikitərəfli əlaqələri, həmçinin İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq institutlar çərçivəsində sıx əməkdaşlığı müzakirə etdik” - paylaşımda deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...