Ermənistan sülh sazişi üzərində işləməlidir Asim Mollazadə

Siyasət 17:51 21.01.2022

Yanvarın 20-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyan jurnalistlərə açıqlamasında bildirib ki, sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirəcəklər.

“Bunun üçün biz Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yolu ilə və ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyü çərçivəsində həllini tapmalıyıq”.

Məsələ ilə bağlı EDNews-a açıqlama verən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Asim Mollazadə qeyd edib ki, Ermənistan hakimiyyəti mütləq Qarabağ məsələsini bir kənara qoyub Azərbaycan ilə sülh sazişi üzərində işləməlidir.

“Ermənistan artıq Qarabağ münaqişəsinin bitdiyini başa düşməlidir. Rəsmi İrəvan anlamalıdır ki, Azərbaycan ilə sülh danışıqlarına qatılmağın zamanı gəlib. Ermənistan hakimiyyəti mütləq şəkildə Azərbaycan ilə sülh sazişi üzərində işləməlidir. Bununla bərabər, Ermənistan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya olunması, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməlidir. Ermənistan bu öhdəlikləri yerinə yetirdiyi halda normal dövlətə çevrilə və qonşuları ilə əməkdaşlıq edə bilər”.  

Qarabağda Qərb ilə əməkdaşlığa gəlincə isə deputat  Azərbaycanın Avropa İttifaqı və ATƏT ilə bu bölgədə bir çox sahələrdə əməkdaşlığa hazır olduğunu qeyd edib.

“Qarabağda Azərbaycan həm Avropa İttifaqı, həm də ATƏT ilə bir çox sahələrdə əməkdaşlığa hazırdır. Ən azından bu təşkilatlar məcburi köçkünlərin öz yurd -yuvalarına qayıtmasını təmin edən dəstək proqramları üzərində işləyə bilərlər. Azad edilən torpaqlarda minaların təmizlənməsi və infrastrukturun qurulması işlərinə, həmçinin buna bənzər humanitar məsələlərdə yer ala bilərlər”.

Sonda Asim Mollazadə Minsk Qrupunun Ermənistan və Azərbaycan arasında sülh prosesinin sürətləndirilməsi üçün heç bir təklif irəli sürə bilməyəcəyini vurğulayıb.

“Ümumiyyətlə, Minsk Qrupunun Ermənistan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulması üçün heç bir təklifi yoxdur. Hesab edirəm ki, bu məsələ ilə bağlı Ermənistan və Azərbaycan özləri danışıqlar keçirə bilərlər. Minsk Qrupu 30 ildə vasitəçi kimi heç bir nailiyyət ortalığa qoymadı. Bundan sonra da hər hansı təklif irəli sürməsi inandırıcı deyil. Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanın özü BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirib.  Minsk Qrupunun bacarmadığını Azərbaycanın özü icra etdi”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə Qarabağ münaqişəsinin bitdiyini və Qarabağ məsələsinin artıq müzakirə mövzusu olmadığını bildirib. Eyni zamanda, Prezident 2021-ci ilin çıxışlarının birində ATƏT-in Minsk Qrupunu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı təkliflər verməyə çağırıb.

Yunis Abdullayev 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
Hamısı