BMT-nin Baş katibi Səudiyyə Ərəbistana SƏSLƏNDİ - “Aqressiyaya son qoyun!” - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

BMT-nin Baş katibi Səudiyyə Ərəbistana SƏSLƏNDİ - “Aqressiyaya son qoyun!”

Siyasət A- A A+

BMT-nin Baş katibi Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın Yəməndə həyata keçirdiyi hava hücumlarını pisləyib.

EDNews Reuters-ə istinadən xəbər verir ki, Yəməndə baş verən hadisə nəticəsində afrikalı miqrantlar da daxil olmaqla bir çox insan həlak olub. Baş katibin sözçüsü Stefan Düjarrik  bildirib ki, Yəməndə baş verən hava hücumlarında həlak olanlar arasında uşaqlar da var.

"Hudeydada telekommunikasiya obyektlərinə endirilən hava zərbələri ölkənin bir çox yerlərində internet xətlərini sıradan çıxarıb. Baş katib bu hadisələrin məruzə edilməsi üçün operativ, effektiv və şəffar araşdırmaların aparılmasını tələb edib” – deyə Düjarrik qeyd edib.

Qeyd edək ki, 2015-ci ildən bəri Yəməndə İranın dəstəklədiyi Husilər və Körfəz ölkələrinə bağlı olan qüvvələr arasında vətəndaş müharibəsi gedir. Müharibə nəticəsində ölkədə çox sayda təlafat və dağıntılar var,  əhalinin böyük əksəriyyəti aclıqdan və yoxsulluqdan əziyyət çəkir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...