Putinlə Paşinyan arasında telefon danışığı olub - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Putinlə Paşinyan arasında telefon danışığı olub

Siyasət A- A A+

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. 

Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan razılaşmaların icrasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi nəzərə alınaraq, təşkilat çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nikol Paşinyanın xahişi əsasında Vladimir Putin Rusiya Federasiyasının təhlükəsizliyinin təminatlarına dair ABŞ və onun müttəfiqləri ilə danışıqların gedişi barədə qısa məlumat verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...