Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin formalaşdırılması üzrə danışıqlara hazır olduqlarını açıqlayıb.
Ednews xəbər verir ki, o, sülh sazişinin əleyhinə olmadıqlarını deyib:
"Ermənistan Azərbaycanla sülh sazişinin əleyhinə deyil, lakin bu müqavilə tərtib edilməli, formalaşdırılmalıdır. Bu, danışıqların mövzusudur. Ermənistan isə buna hazırdır", - N.Paşinyan deyib.