Türkiyə tibb professorları Azərbaycanda Yeni təlimlər başlayıb

Siyasət 13:59 26.01.2022

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə elmi tədqiqat institutlarının əməkdaşları üçün Qazi Universitetinin professorları tərəfindən “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərin keçirilməsinə başlanılıb.

Ednews xəbər verir ki, açılış mərasimində Türkiyənin Azərbaycandaki səfiri Cahid Bağcı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Türkiyə Respublikası Qazi Universitetinin Tibb fakültəsinin dekanı professor Mustafa Necmi İlhan, TİKA-nın Bakı Proqram koordinatoru Fatih Yılmaz, agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in İdarə Heyəti sədrinin müşavirləri Elmir Bəşirov və Firəngiz Əliyeva, Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak edib.

Cahid Bağcı Türkiyənin elmi tədqiqat və tətbiqi üsulları sahəsində təcrübəsinin Azərbaycanda paylaşılmasının vacib və dəyərli olduğunu bildirib.

Layihəyə dəstək verən TİKA-nın gündən-günə inkişaf etdiyini və ehtiyaclar üçün yeni həll yollarının tapılmasına töhfə verdiyini ifadə edən səfir “TİKA-nın mövcudluğu ölkəmiz üçün qürur mənbəyidir. Türkiyə təkcə dövlət qurumları və özəl sektorların təcrübəsi ilə deyil, həm də akademik bilikləri ilə qardaşlarının yanındadır. İnsan kapitalına sərmayə qoymaq dəyərlidir.

Dəyişən qlobal şərtlər ixtisaslı işçi qüvvəsini yalnız proqram təminatında deyil, həm də səhiyyə, kənd təsərrüfatı, ətraf mühit daxil olmaqla hər sahədə zəruri edir. Qazi Universitetimiz burada öz təcrübələrini paylaşaraq səhiyyə sahəsində mütəxəssislərimizin inkişafına töhfə verəcək”, - deyə bildirib. 

Qazi Universitetinin Tibb fakültəsinin dekanı professor Mustafa Necmi İlhan Türkiyə və Azərbaycanın cəbhədəki birliyini elm sahəsində də reallaşdırmaq arzusunda olduğunu bildirib.

Tərəqqinin dil və elmin birlikdə istifadəsi, türk dili və türk elminin dünyada daha hakim olması ilə mümkün olacağını vurğulayan professor “Türk dünyasında elm adamlarının potensialının çox yüksək olduğuna inanıram. Biz təcrübəmizi sizinlə bölüşməkdən çox məmnun olarıq.

Azərbaycana dəstəyimizə peyvənd təlimi ilə başladıq. Biz burada potensialın, işləmək və özünü inkişaf etdirmək əzminin şahidi olduq. Bu potensialı artırmaq və qoruyub saxlamaq üçün belə bir işə başlamışıq”, - deyib.

TİKA-nın Bakı Proqram koordinatoru 30 ilə yaxındır fəaliyyət göstərdikləri Azərbaycanda bu günə qədər insan həyatıyla bağlı hər bir sahədə layihə və fəaliyyətlər həyata keçirdiklərini bildirib. 

O, qeyd edib ki, səhiyyə infrastrukturunun gücləndirilməsinə, səhiyyə işçilərinin peşə bilik və bacarıqlarının artırılmasına yönəlmiş layihə və tədbirlər TİKA-nın fəaliyyətlərində mühüm yer tutur:

“Əminik ki, bu kontekstdə iki qardaş ölkə arasında əlaqələr və əməkdaşlıq digər sahələrdə olduğu kimi səhiyyə və tibb sahəsində də inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcək”.

Daha sonra isə institutlarda çalışan mütəxəssislər üçün təlimlərin keçirilməsinə başlanılıb. Ümumilikdə 25 tədqiqatçının iştirak etdiyi təlim iki gün davam edəcək və sonda iştirakçılara təlim kursunu başa vurmalarına dair sertifikat veriləcək.

İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
Hamısı