Bir "mən ölümə" satılan Azərbaycan torpaqları - Kamran Bağırov Qazaxı ermənilərə necə hədiyyə edib? - ARXİV VİDEO - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Bir "mən ölümə" satılan Azərbaycan torpaqları - Kamran Bağırov Qazaxı ermənilərə necə hədiyyə edib? - ARXİV VİDEO

Siyasət A- A A+

“O vaxtkı rəhbərimiz Kamran Bağırov dedi ki, “Mən ölüm mənim xətrimə verin bu torpağı”. Bu cür dərindən düşünməyən rəhbərlərimiz də olub. Həm mərkəzdə, həm də rayonumuzun özündə”.

Ednews xəbər verir ki, bu fikirləri Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlı ermənilərin Qazaxı işğal etmələri barədə verdiyi müsahibəsi zamanı deyib. Bu tarixi anları isə kameranın yaddaşına tanınmış jurnalist Çingiz Mustafayev köçürüb. Çingiz Mustafayevə verdiyi müsahibəsi zamanı əslən Qazaxdan olan İ. Şıxlı Azərbaycan və Ermənistan SSR arasında sərhədlərin düzgün bölünməməsindən də gileylənir.

“Sərhəd torpaqlarımızı vaxtilə düz bölməyiblər. Yadımdadır, uşaq vaxtı Qazax rayonunda yaylaq və aran qarışıq olub, yerli azərbaycanlı və erməni əhali arasında gəliş-gediş vardı. Azərbaycan millətinin ürəyi açıqlığından səhvlərimiz çox olub və rəhbərliyimizin də səhvi çox olub. Dünən sırağagün Qazaxın Kəmərli kəndindən nə qədər torpağı verdik”.

Video müsahibənin sonunda Şıxlı ürək ağrısı ilə qeyd edir ki, ermənilər sanki qəsdən sərhədləri kələ-kötür vəziyyətə qoyub ki, Azərbaycandan daha artıq torpaqlar mənimsəyə bilsinlər. 

“Fikirləşirəm ki, Ermənistan və Azərbaycan ayrı-ayrı dövlət olanda sərhədlərimizi necə təyin edəcəyik? Elə bil sərhədlər qəsdən çalınçarpaz formada qoyulub. Bunu düzləşdirmək üçün gərək hardasa torpağı verəsən və hardasa onlardan alasan ki, sərhəd düzəlsin. Amma biz torpağımızı da qorumalıyıq. Sülh və dostluq öz yerində, amma gərək özünü müdafiəni də təşkil edək”.

Qeyd edək ki, hazırda Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləri işğal altındadır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi bitdikdən sonra Qazaxın 7 kəndi də Azərbaycan ərazisinə daxil ediləcək.

Xatırladaq ki, Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən, artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı. Həmin dövrdə Sovet hökumətinin qərarına əsasən Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alındı. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qalıb. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...