Yanvarın 28-də Almaniyaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Karlsrue şəhərində almaniyalı həmkarı Peter Frankla görüşüb.
Bu barədə Ednews Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir
Görüşdə səmimi qəbula görə təşəkkür ifadə olunaraq iki ölkə arasında zəngin tarixi və mədəni irsə köklənən dostluq münasibətlərinin mövcudluğu vurğulanıb. Bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına tövhə verdiyi qeyd edilib.
Baş prokuror Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər və əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.