Fevralın 3-də Türkiyə Böyük Millət Məclisinin komissiyasınnın iclasında “Şuşa Bəyannaməsi” müzakirə olunacaq.
Ednews xəbər verir ki, sənəd parlamentin Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılacaq.
Toplantıda “Şuşa Bəyannaməsi”nin təsdiqlənməsi məsələsinə baxılacaq. Sənəd daha sonra Türkiyə Böyük Millət Məclisinin iclasında müzakirə olunacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində imzalanıb.
Azərbaycan Milli Məclisi fevralın 1-də “Şuşa Bəyannaməsi”ni təsdiqləyib.