Ukrayna meydanında “at oynadan oyunçular” Qərbin Rusiya ilə savaşı

Siyasət 17:10 04.02.2022
Dünyanın diqqətini öz üzərinə çəkən Ukrayna münaqişəsinin hansı nəticə ilə bitəcəyi haqqında müxtəlif mülahizələr var. Çünki öz çıxarları üçün Ukraynanı əlində silaha çevirən, onu siyasətin qurbanına çevirən qüvvələr var. Bu da meydanda iki deyil, bir neçə oyunçunun mövcudluğundan xəbər verir.
 
ABŞ və Rusiya arasında yeni “soyuq müharibə” ehtimalı yenidən gündəmdədir. Bayden hakimiyyətə gələr-gəlməz münasibətlərdə kəskinləşmənin şahidi olduq. Donald Tramp nə qədər Rusiya ilə münasibətlərin normal məcarada saxlanılmasının tərəfdarı idisə, Bayden əksinə seçkilərdən başlayaraq rəsmi Kremlin əleyhinə sərt mesajlar verib, ABŞ hegemonluğunu yenidən bərpa edəcəyini bildirirdi. Bu gün də Baydenin bu istiqamətdə sərt addımlar atdığının şahidi oluruq. Bu baxımdan da hazır ki, vəziyyətdə ABŞ Ukrayna və Rusiya konfliktindən ikinciyə qarşı “uduş kart”ı kimi istifadə edir.
 
Ukrayna məsələsi ABŞ və Rusiya arasında qapalı gedən “soyuq müharibəni gün işığına çıxarır. Əslində Ukrayna Qərb və ya Amerika üçün heç bir əhəmiyyət kəsb etməyən bir ölkədir. Almaniya xarici işlər naziri də bildirib ki, NATO o qədər böyük deyil ki, Ukrayna sərhədlərinə qədər getsin. Bu da Qərbi Avropa ölkəsinin XİN başçısının alyansı bundan artıq genişləndirmək istəklərinin olmadıqlarının xəbərçisidir.
 
Buradan belə qənaətə gəlmək olur ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı məsələdə Qərb liderləri arasında yekdil fikir yoxdur. Hətta bir neçə Avropa ölkəsi artıq açıq-aşkar bunun əleyhinə çıxış edib. Bu, həm də Qərbdən Ukraynaya Rusiya qarşı gözlənilən dəstəyin verilməyəcəyi deməkdir. Həm də müşahidələrə görə, Avropa Birliyi də bu konfliktə  öz yaxasını kənara çəkəcək, heç ABŞ-ın da açıq dəstəyi gözlənilmir. Bunu Bayden də bildirib.
Avropaya gəldikdə isə göründüyü kimi qitə dövlətlərinin Rusiya qazından asılılığı onları “dilemma” vəziyyətinə salıb.
  
Bu yaxınlarda Almaniyanın yeni kansleri Olaf Şolz Rusiyaya tətbiq ediləcək sanksiyaların onun neft-qaz sənayesinə şamil olunmasının əleyhinə çıxış edib. Çünki Avropa Birliyi qaza olan tələbatının 70 faizini Rusiya hesabına ödəyir. Əgər Rusiya qazın verilməsinə qadağa qoyarsa, bu Avropa ölkələrinin əksəriyyətini çıxılmaz vəziyyətə salacaq.
 
Demək ki, ABŞ Ukraynadan öz məqsədləri üçün “kart” kimi istifadə edir. Amerika vaxtilə Gürcüstanla bağlı da eyni taktikadan istifadə etmişdi. 2008-ci ildə ABŞ tərəfindən Gürcüstana verilən “dəstəy”in hansı nəticələr ilə bitdiyi isə hamıya məlumdur.
 
Gürcüstan bu günə qədər o problemlərlə mübarizəsini davam etdirir. Təbii ki, onlar Gürcüstana maliyyə yardımı və ya başqa dəstək verə bilərlər, amma fakt budur ki, Gürcüstanın ərazi münaqişəsi bu günə qədər davam edir. Abxaziya və Cənubi Osetiyanın hələ də işğal altındadır. Gürcüstan bu günə qədər nə məsələni həll, nə də Qərbə inteqrasiya edə bilir.
 
Amerika indi həmin yanaşma ilə Ukraynaya da “dəstək” verir. Onu silahlandırmaqla, ona lazım olan dəstəyi verəcəyi mesajları ilə Rusiyanı qıcıqlandırır. Bundan başqa da heç nə etmir və etməyəcək də.
Xatırlayırsınızsa, bu situasiya Belarus-Polşa sərhədində də təkrarlanmışdır. Belarus isə daha ağıllı davranaraq, dərhal Rusiyaya qucaq açmışdı.
 
ABŞ hazırda da həmin taktika ilə Rusiyaya qarşı Ukraynanı əlində “bayraq” edib yellədir. Bu gün Ukraynanın necə dolanması, sabah başına hansı işin gələcəyi nə Amerikanı, nə də Avropa Birliyini maraqlandırmır. Sadəcə, ABŞ öz maraqları naminə Ukraynanı da özünün qurduğu oyuna qatmağa çalışır. Tarixi vərəqləyib prosesləri izləsək bunun ABŞ-ın yürütdüyü ənənəvi siyasəti olduğunun şahidi olarıq. Rusiya da özünü  heç də kiçik və gücsüz dövlət saymır. Onun iqtisadi gücü ABŞ kimi olmasa da, hərbi cəhətdən imkanları genişdir.
 
Lavrov isə öz növbəsində rəsmi Kremlin mövqeyini belə dilə gətirib: “Rusiya müharibə istəmir, onu bu həddə gətirib çıxarmaq da lazım deyil”. 
Əslində isə, indi hər iki tərəf öz gücünü göstərmək üçün Ukrayna məsələsindən istifadə etməyə çalışır. Bu rəqabətdən əziyyət çəkən isə Ukraynadır. Sabah baş verənlərə görə, Ukrayna ciddi problemlərlə üzləşsə, heç kim ona yiyə durmayacaq. Baş verənləri öncədən görən Zelenski də Qərbə təxribata getməyəcəklərini, bu səbəbdən müharibəyə girmək istəmədiklərini dəfələrlə bildirib.
 
Bir neçə ildir Türkiyə regionda yeni aktor kimi çıxış edir. Həm də  Türkiyə bölgədə söz sahibi olmaq üçün son illər çox mühüm addımlar atır. Ankaranın 44 günlük Qarabağ müharibəsində nümayiş etdirdiyi mövqeyi, Azərbaycanla müttəfiqlik münasibətlərini genişləndirməsi və yeni müstəviyə daşıması, onun Cənubi Qafqaz regionunda geosiyasi oyunçu kimi daxil olmasına zəmin yaratdı. Rusiyaya isə ancaq Liviya və Suriyadan sonra Türkiyəni Cənubi Qafqazda qəbul etmək qaldı.
 
Rusiya-Türkiyə yaxınlaşmasına zəmin yaradan amillərdən biri də, Vaşinqtonun rəsmi Ankara ilə münasibətlərində yaratdığı problemlərdir. Rusiya isə hər zaman belə məqamlardan öz lehinə istifadə etməyə bacarıb. Əslində Rusiyanın bu siyasəti başadüşüləndir, çünki o təkləndiyi zaman özünə güclü tərəfdaş axtarır. Hazır kı, durumda isı Rusiya üçün ən sərfəli müttəfiq əlbəttə ki, Türkiyədir. Eyni zamanda, Rusiya-Türkiyə münasibətlərindəki bu müsbət dinamika Ərdoğan və Putin arasındakı yaxın dostluq əlaqələrindən də irəli gəlir. Bütün ciddi vəziyyətlərdə belə Ərdoğan və Putin son anda masa arxasında anlaşa bilirlər. Biz buna Suriya və Liviyadan sonra 44 günlük Qarabağ müharibəsində də şahid olduq.
 
Bundan başqa bölgədə Rusiya və Türkiyənin həyata keçirdiyi və iştirak etdiyi önəmli layihələr var. İndi bunların gələcəyi də onlar üçün xüsusi əhəmiyyət kəsb edir. Yəni Ukraynada ehtimal olunan savaş başlasa, bu layihələrin nə Türkiyəyə, nə də Azərbaycana lazım olacaq. Məhz bu səbəbdən də Ərdoğan Putinlə danışıb bir nəticəyə gəlmək üçün bütün təşəbbüslərini səfərbər edib. Eyni zamanda, mövzu Türkiyənin laqeyd yanaşa bilmədiyi Krım tatarlarının gələcəyidir ki, bu da müzakirələrin əsas prioritet məqamı sayılır.
 
Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımın işğalına etiraz edir. Amma Rusiya  Krımın heç vaxt Ukraynaya qaytarılmayacağını açıqlayıb. Bütün bunlara baxmayaraq, Türkiyə konfliktin həll olunması üçün  orta bir yol axtarışındadır. Çünki Qərbin fərqli olaraq, Türkiyə bu münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıdır.
 
Putinin Ərdoğanın dəvətini qəbul edərək Türkiyəyə səfər etmək istəyi də məhz Rusiyanın da münaqişədə hansısa razılıq əldə edilməsində maraqlı olduğunun bariz nümunəsidir.
 
Zənnimcə, Putinin səfərindən sonra sular yavaş-yavaş durulmağa başlayacaq. Artıq bu istiqamətdə  bəzi addımlar belə atılmağa başlayıb. Türkiyə bu kimi məqamlarda həll yolu tapmağı bacaran  güclü bir dövlətdir. Bu da tezliklə Ukrayna ətrafında cərəyan edən  gərginliyin səngiməsinin xəbərçisidir.
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
13:35 18.04.2024
Rusiya və Azərbaycan arasında yeni təşəbbüs -FOTO
13:26 18.04.2024
Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:45 18.04.2024
Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors - VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO
11:43 18.04.2024
Azərbaycanlı şahmatçı yenə uduzdu
Azərbaycanlı şahmatçı yenə uduzdu
11:35 18.04.2024
Sülhməramlıların mövcudluğu Azərbaycan üçün təhlükə idi? - Politoloqdan RƏY
11:30 18.04.2024
Aprelin 21-də buraxılış imtahanı keçiriləcək
11:27 18.04.2024
İqtisadiyyat nazirinin müavini təyin olunan Anar Axundov kimdir? – DOSYE
11:20 18.04.2024
İqtisadiyyat nazirinə yeni müavin TƏYİN OLUNDU
11:17 18.04.2024
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
11:15 18.04.2024
Hamısı