“Evimə qayıdanda gördüm ki...” Xankəndi hadisələrinin şahidi erməni vəhşiliyindən DANIŞDI

Siyasət 17:45 16.02.2022

“1988-ci ildə Qarabağda ermənilərin azərbaycanlılara qarşı etnik nifrəti, habelə hər iki xalq arasında qarşıdurma artıq pik həddə çatmışdı. O zamanlar Xankəndində ermənilərin nümayişlərinin səbəbi Dağlıq Qarabağın Azərbaycandan qopardılıb Ermənistana birləşdirilməsi tələbi idi. Mitinqlərdə ermənilər “Miatsum Hayastan”, yəni Ermənistana birləşmək və digər millətçi şüarlar səsləndirirdilər”.

Bu sözləri Ednews-a ermənilərin 1988-ci ilin fevralın 13-də Xankəndində başlatdıqları və məqsədləri azərbaycanlıları oradan məcburən çıxarmaq olan hadisə şahidi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev bildirib.

O hadisələrin canlı şahidi olan R.Ağayev bildirib ki, yerli azərbaycanlılar bu hadisələrə səssiz qalmayıb erməni millətçilərinə sərt reaksiya verirdilər. Onun sözlərinə görə, hadisələrin fonunda ermənilər və azərbaycanlılar arasında mübahisələr başladı, bu da yumruq davası və bir-birini daşqalaq etməsinə qədər gedib çıxdı

 “Şəhərdə erməni millətçiləri azərbaycanlıları gördükləri yerdə tutub döyürdülər. Bizlərə qarşı təhqirlər və söyüşlər yağdırırdılar”.

Söhbət zamanı Ramiz Ağayev qeyd edib ki, 1980-ci illərdə ermənilər azərbaycanlılara qarşı açıq şəkildə nifrət bəsləyirdilər. İş yerlərində, parklarda və məktəblərdə azərbaycanlılara “Tork” deyərək təhqir edirdilər.

“80-ci illərdə Xankəndində Peşə məktəbində təhsil alırdım. Təhsil müəssəsində qrupların əksəriyyəti ermənilərdən ibarət idi. Yalnız bir azərbaycanlı qruppası var idi. Təhsil alarkən ermənilərin irqi və milli diskriminasiyası ilə üzləşirdik. Onlar tərəfindən incidilirdik. Bunlara baxmayaraq, biz azərbaycanlılar heç vaxt sınmırdıq. Özümüzü dik və mərd aparırdıq. Hətta üzüm tarlalarında da erməni və azərbaycanlı gənclər arasında dava-dalaş olurdu. Yenə də qorxu hissi keçirmirdik”.

Ramiz Ağayev Xankəndində nümayişlərin həm daxildən, həm də Ermənistandan idarə edildiyini qeyd edərək, ermənilərin 9 May Qələbə günündə belə milli ayrı-seçkilik nümayiş etdirdiyinə şahidi olub.

“1988-ci ilin fevral ayından başlayan nümayişlərə bir şəxs rəhbərlik edirdi. Adı dəqiq yadımda deyil. Amma deyilənə görə, həmin adam və onun arvadı evində Robert Köçəryanın dəstəsi tərəfindən öldürülüb. Məqsəd nümayişlərdə rəhbərliyi ələ almaq idi. Sonra isə ortalığa Serj Sarkisyan və Zori Balayan çıxdı. Nümayişlərdə Ermənistandan gələn adamlar da görünürdü”.

Kremlin qərarı ilə Xankəndində yerləşdirilən SSRİ Daxili Qoşunlarının ermənilərin tərəfində olduğunu deyən R.Ağayev rus əsgərlərinin azərbaycanlılara məxsus evlərə zorla soxulduğunu və axtarış apardığını da dilə gətirib.

“Rus əsgərləri, hətta evdə bıçaq gördükdə, onu götürüb özləri ilə aparırdılar. Azərbaycanlıların əllərindən qanuni silahları alırdılar”.

Müharibə veteranı 1988-ci ilin sentyabrında Xankəndində erməni millətçilərinin azərbaycanlıların yaşadığı evlərə hücum edib yandırdığını və qarət etdiyini bildirib. Nəticədə isə bütün azərbaycanlılar öz torpaqlarından didərgin düşərək şəhəri məcbur tərk edilər.

“Evimə qayıdanda gördüm ki, ermənilər oranı qarət ediblər. Evimin içərisini dağıdıblar. Ermənilər bütün evələrə od salırdılar. Biz azərbaycanlılar məcbur şəkildə şəhəri tərk edib Xocalı, Şuşa, Ağdam və Bakıda məskunlaşdıq”.

Sonda Ramiz Ağayev 44 günlük müharibədə Azərbaycan ordusunun şanlı qələbəsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

“Otuz il ərzində Qarabağın həsrəti ilə yaşadıq. Allaha çox şükür ki, Ali Baş Komandamızın əmri və qəhrəman ordumuzun iradəsi ilə torpaqlarımız erməni tapdağından azad edildi. Biz bu günləri səbirsizlliklə gözləyirdik. Düzdür, hazırda Xankəndi, Xocalı və Ağdərə sülhməramlıların nəzarəti altındadır. Amma nə vaxtsa doğma yurdum-Xankəndinə qayıdıb yaşayacağıma ümid edirəm. Hətta ermənilər qalsalar belə, orda yurd-yuva salacağam”.

Yunis Abdullayev 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı