"Mən Paşinyanın çıxışı zamanı sülhə pozitiv yanaşdığını gördüm".
Ednews xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili bu gün keçirilən mətbuat konfransında Ermənistan prezidenti Nikol Paşinyanla görüşündən danışarkən deyib.
"Paşinyanla görüşümüz Avropadan gələn deputatlarla birlikdə oldu. Görüş zamanı görüşdə olan müzakirənin 80%-i Azərbaycan-Ermənistan münasibətləri haqqında oldu. Mən Paşinyanın çıxışı zamanı sülhə pozitiv yanaşdığını gördüm.
Paşinyan daha çox İlham Əliyevlə görüşlərindən söz açaraq bildirdi ki, Ermənistan tərəfi sülhə hazırdır. Etiraf etmək lazımdır ki, mühafizəmiz yüksək səviyyədə aparılırdı".
Vüsalə Balayeva