Azərbaycana sanksiya tələb edən ingilis deputatın Belarusdan gələn milyonları ARAŞDIRMA

Siyasət 13:25 02.03.2022
Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən Leyboristlər partiyasının təmsilçisi Marqaret Hodc (Margaret Hodge) xarici işlər naziri Elizabet Trassa sual ünvanlayıb: 
 
“Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?”
 
 Ednews bizim.media-ya istinadən xəbər verir ki, Britaniyalı deputatın bu açıqlaması bəzi informasiya resurslarında geniş müzakirə mövzusuna çevrilib.
 
Əvvəla məsələyə “sözə baxma, deyənə bax” məntiqi ilə yanaşsaq belə, yenə də Hodcun açıqlamasında hər hansı məntiq tapmaq bizim üçün müşkülə çevrilib. Belə ki, Azərbaycan tərəfi Ukraynanın savaşa sürüklənməsində pay sahibi olan Qərbdən fərqli olaraq münaqişənin ümumiyyətlə baş verməməsi üçün səylərini heç bir zaman əksik etməyib. Konflikt qızışdıqdan sonra isə məsələnin sülh yolu həll olunması rəsmi Bakının tutduğu mövqe olub.
 
Eyni zamanda hərbi əməliyyatlar start götürdükdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevlə ukraynalı həmkarı ilə telefon danışığı baş tutub.
 
Bunlardan əlavə, Azərbaycan tərəfinin Ukraynaya göstərdiyi humanitar yardımları da unutmaq olmaz.
 
Azərbaycan ilk növbədə Ukraynaya 5 milyon avro dəyərində tibbi ləvazimatlardan ibarət humanitar yardım ayırıb.
 
SOCAR Ukraynada təcili tibbi yardım maşınlarının ödənişsiz yanacaqla təmin olunmasını da öz üzərinə götürüb.
 
Azərbaycan xalqının Ukraynaya dəstəyinə isə cəmi 3 gün öncə hər kəs şahidlik etdi. Ukrayna səfirliyi qarşısında toplaşan geniş izdiham bu ölkənin ərazi bütövlüyünə dəstəyini ifadə etməklə yanaşı, müharibədən zərər görən dinc əhaliyə kömək məqsədilə öz yardımlarını da əsirgəmədi.
 
Bütün sadalananlar, rəsmi Bakının və xalqımızın Ukraynanın dövlət suverenliyinə dəstəyinin bariz isbatıdır.
 
Sözü deyənə gəlincə...
 
Bizim.Media-nın araşdırması nəticəsində xanım Hodcun özünün də heç “süddən çıxmış ağ qaşıq” olmadığı ortaya çıxıb. 
 
Leyboristlər partiyasının öz ikiüzlülüyü ilə ad çıxarmış nümayəndəsi olan xanım Hodcun Azərbaycana qarşı çıxışları hələ 2017-ci ildən başlayıb. Onun ölkəmiz əlehinə açıqlamaları erməni mətbuatı tərəfindən kütləvi şəkildə tirajlanıb. Bundan əlavə Leyboristlər partiyasının erməni lobbisi ilə bağları da dəfələrlə Qərb KİV-lərində işıqlandırılıb. Sirr deyil ki, qondarma genosidin tanınması məsələsini də Britaniyada ən çox qabardan elə leyboristlər olub.
 
Bundan əlavə, Marqaret Hodcun sərvətinin 100 milyonlarla ölçüldüyünü qeyd etmək vacibdir. O bu sərvətini ailəsinin Belarusdakı metaləritmə zavodlarına borcludur. Söhbət metal sənayesi sektorunda dünyaca məşhur olan “Stemcor” şirkətindən gedir. Belə ki, bu şirkət 2020-ci ilə qədər Ralf Openhaymerə (Marqaret Hodcun qardaşı) məxsus olub. Sonradan çinlilərə satılan şirkətə məxsus olan zavodların mütləq əksəriyyəti isə məhz Belarusda yerləşir.
 
Bu gün seçdiyi siyasi kurs nöqteyi-nəzərindən Belarusun Rusiyanın ən yaxın tərəfdaşı olduğunu qeyd etmək isə yəqin ki, əbəsdir. 
 
Bundan əlavə, onu da qeyd etməliyik ki, ailənin adı vergi saxtakarlığı qalmaqalında da hallanıb. 2012-ci ildə Marqaret Hodcun rəhbərlik etdiyi Böyük Britaniya İctimai Hesablamalar Komitəsinə “Stemcor”un 2011-ci ildə 2,1 milyard funt-sterlinq gəlir əldə etdiyi halda, cəmi 163 min funt-sterlinq vergi ödəməsini araşdırmaq tapşırılıb. Qurda tapşırılan quzudan isə sonrakı dövrlərdə səs-soraq çıxmayıb.
 
“Stemcor” Belarusdakı zavodları və Aleksandr Lukaşenko ilə yaxınlığı səbəbindən nüfuzlu “BBC” nəşrinin də tənqid hədəfinə tuş gəlib.
 
Digər diqqət çəkən nüans ondan ibarətdir ki, xanım Hodc çıxışı zamanı nədənsə Ermənistanın Rusiyanın Avropa Şurasından uzaqlaşdırılmasının əlehinə səs verən yeganə ölkə olduğunu unudub.
 
Rusiya ilə İttifaq dövləti yaratmaq məqsədini siyasi kursunun əsas prioritetlərindən birinə çevirən Belarusun adının sanksiyalarda hallandırılmamasının səbəbi isə, yəqin ki, xanım Hodcun Lukaşenko ilə dostluq münasibətlərinə xələl gətirmək istəməməsi olub.
 
Göründüyü kimi, bu gün Azərbaycanı Rusiya hökumətinə dəstək verməkdə ittiham edən Britaniyalı parlamentari milyonlarını Moskvanın ən yaxın tərəfdaşına borcludur. Sadalananalar onu deməyə əsas verir ki, Azərbaycanın adını absurd şəkildə sanksiyalarla birgə hallandıran ingilis parlamentari ya qoca vaxtında gündəmə gəlməyə çalışır, ya da işin içində partiyasının yaxın əlaqədə olduğu erməni diasporunun barmağı var.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı