Bu gün Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rustami Emomoli Azərbaycana rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a verilən məlumat görə Heydər Əliyev Beynəlxalq Hava Limanında Rustami Emomolinin başçılıq etdiyi Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.
Bildirilib ki, səfər martın 4-də başa çatacaq.