Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Füzuli rayonunun Horadiz qəsəbəsinə gedib.
Ednews xəbər verir ki, Horadizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə görüşən səfir təəssüratlarını şəxsi "Twitter" hesabında bölüşüb:
"Biz minalar sahəsində ANAMA ilə əməkdaşlığımıza davam edirik. Bu gün Horadizdə ərazilərin minalardan təmizlənməsi üçün həm təlim, həmçinin də texniki dəstək göstərən Britaniya mütəxəssisləri ilə görüşdüm".