“Sən kimsən ki, dövlət adına üzr istəyəsən?” Deputatda SƏRT SÖZLƏR

Siyasət 12:00 04.03.2022
“Ukrayna ətrafında baş verən hadisələr hamımızı narahat edir, həssasıq, amma biz hər kəsdən öncə millətimiz və dövlətimiz adına həssas olmalıyıq. Yəni Ukrayna məsələsində, cənab İlham Əliyevin tutduğu o qızıl ortadan kənara çıxmağın heç kimə, xüsusən də əmin ola bilərsiz ki, Ukraynaya faydası yoxdur.
 
Ednews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirib. 
 
Deputat qeyd edib ki, bizim üçün istənilən məsələdə beynəlxlaq hüququn prinsiplərinə söykənən milli maraqlarımız öndə olmalıdır:
 
“Biz ali niyyət kimi ana yasamızda bəyan etmişik ki, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi arzulayırıq. Bax, indi belə bir məqamda bizi müharibədə az qala tərəf olaraq görmək arzusu bilmirəm hardan qaynaqlanır, amma ona əminəm ki, təhlükəli tendensiyadır. Azərbaycan bu günə qədər heç bir tərəfdaşını yarıda buraxmayıb, gördünüz dövlət başçımız Ukraynaya humanitar yardım etdi, buna görə Ukrayna prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi. Hətta cənab Zelenski Rusiya-Ukrayna arasında danışıqların Bakıda aparılmasının mümkünlüyünü təklif etdi. Çünki, Ukrayna dövləti Azərbaycanın ədalətinə, tərəfsizliyinə şübhə etmir və rəsmi Bakının mövqeyindən razıdır. Amma indi hansısa yoldan keçən gəlir Ukrayna səfirliyinə ki, mən dövlətimiz adına sizdən üzr istəyirəm. Soruşan lazımdır ki, sən kimsən ki, dövlət adına üzr istəyəsən?”
 
Millət vəkili həmçinin qeyd edib ki, konstitusiyanın 8-ci maddəsinə görə ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini Prezident təmsil edir:
 
“ İndi sizə kim ixtiyar verib dövlət adından xalq adından danışırsız? Bizim mövqeyimiz aydındır, Konstitusiyamızın 9-cu maddəsində açıq mətnlə ifadə olunub ki, Azərbaycan beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Azərbaycan bütün dünya dövlətlərinin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edir. Bundan artıq nə etməliyik ki?”
 
Millət vəkili vurğulayıb ki, bu münaqişədə Azərbaycan nə Ukraynanın, nə də Rusiyanın zərər görməyini istəmir. 
 
“Biz nə qardaş Ukraynanın nə də müttəfiqimiz Rusiyanın zərər görməsini istəmirik, bölgədə sülhün sabitliyin bərqərar olmasını arzulayırıq və bu istiqamətdə Azərbaycan Prezidenti fəal iş aparır. Amma biz özümüz də prosesdən sağlam çıxmağı bacarmalıyıq, ona görə də yersiz müdaxilələrə, bu beynəlxalq məsələnin daxili siyasi prosesə çevrilməsinə yol verməməliyik”. 
 
B.Məmmədov çıxışı zamanı baş verən proseslərin fonunda bir məsələyə də diqqət cəlb etmək istədiyini də deyib:
 
“Ukrayna hadisələri eyni zamanda çox sayda qərb dövlətlərinin, beynəlxalq təşkilatlarının ikili standart mahiyyətini bir daha ortaya qoydu. Əgər söhbət beynəlxalq hüquqla tanınan ərazi bütövlüyündən gedirsə bəli, bu həssaslıq alqışlanmalıdır. Amma bəs, 30 il Azərbaycanın ərazi bütövlüyü pozulanda, torpağı işğal olunanda bunlar niyə susurdu? Bizimki məgər ərazi bütövlüyü deyildi? 44 günlük haqq savaşında niyə işğala son qoymaq istəyən Azərbaycanın yanında yox qarşısında idiz?  Bax, buna görə də xalqımız məsələnin mahiyyəti görməlidir. Bu dairələrin haqq ədalət uğrunda mübarizə apardığına inanmayın, onların ədalətini bu 30 ildə biz gördük. Bizim inanacağımız, güvənəcəyimiz bir güc var o da İlham Əliyev şəxsiyyəti ətrafında birlikdən yaranan gücdür. Gerisi təfərrüatadır”.
 
Vüsalə Balayeva
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı