“Ombudsmanın məruzəsinə təkliflər səslənir, lakin onların nəticəsi olmur. Çünki çox zaman bu təkliflərin həyata keçirilməsi ombudsmanın səlahiyyətlərində asılı olmur”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkil Erkin Qədirli Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat çıxışı zamanı konstitusiyaya dəyişiklik olunduğu zaman ombudsmana qanunvericilik təşəbbüsünün verilməsini təklif edib:
“Çünki çox zaman qanunvericiliyə düzəlişlər təklif olunur. Ona görə də, təklifim budur ki, Konstitusiyaya düzəlişlər layihəsi hazırlananda mütləq ombudsmana qanunvericilik təşəbbüsü verilməlidir ki, o, təklif yerinə Milli Məclisə qanun layihəsi təqdim etsin”.
Vüsalə Balayeva