Oleq Kuznetsovun təhdidinə baş redaktorlardan FƏRQLİ CAVABLAR “Biz ancaq hadisələrə Ukraynanın gözü ilə baxırıq”

Siyasət 14:00 09.03.2022
 Rusiyalı politoloq Oleq Kuznetsov şəxsi “Facebook” hesabında azərbaycanlı redaktorları hədələyib. O Azərbaycan mediasının Ukrayna –Rusiya savaşında yalan informasiya yaydıqlarını iddi edib.  O, hətta qeyd edib ki, buna görə onlar beynəlxalq axtarışa veriləcəklər.
 
Xatırladaq ki, Oleq Kusnetsov hər zaman Azərbaycan mediasi ilə isti münasibətdə olub və tez-tez yerli KİV-də açıqlamaları dərc olunub.
Rusiyalı siyasi analitikin bu çıxışından sonra  bir çox media nümayəndələri məsələyə öz münasibətlərini bildirib. 
 
"7news.az" saytının baş redaktoru,  internet media eksperti Səbuhi Abbasov  Ednews-a bildirib ki, 44 günlük vətən savaşında Ukrayna Azərbaycana mənəvi və media dəstəyi baxımından kifayət qədər ciddi dəstək olan ölkələrdən biri idi. Ermənistanın mediada təxirbatlarına ciddi şəkildə cavab verirdi. Onun sözlərinə görə Rusiya isə Azərbaycanın stetaji əməkdaşı və müttəfiqidir.
 
 
“Bu məsələ ilə bağlı təkcə Oleq Kuznetsov deyil digər rusiyalı blogger və jurnalistlər müxtəlif fikirlər səsləndiriblər. Hər iki ölkəyə qarşı münasibətimiz normaldır. Hər iki ölkənin müharibə etməsinə təəsüfflənirik və Azərbaycan mediası onların rəsmi məlumatlarına əsasən xəbərlər paylaşır. Oleq Kuznetsovun məhkəməyə müraciət etməsi üçün isə əlində əsaslı dəlillər olmalıdır. Çünki, bu şikayət birmənalı şəkildə Azərbaycan mediasına şamil edilə bilməz”.
 
Tanınmış jurnalist Qulu Məhərrəmli isə deyir ki, Oleq Kuznetsovun Azərbaycan mediasını ittiham etmək, yol göstərmək və hansısa göstərişi vermək üçün heç bir  səlahiyyəti yoxdur. 
 
 
“Düşünürəm ki, Azərbaycan mediası Rusiya-Ukrayna müharibəsini ən obyektiv və dürüst işıqlandıran mediadır. Burada müxtəlif aspektlər və yanaşmalar var. Azərbaycan mediası ictimaiyyətə nə Kuznetsovun, nə də Rusiyanı təmisil edən heç bir şəxsin zövqü ilə məlumatlar verə bilməz. Jurnalistikanın qızıl qanunları var və Azərbaycan mediası bu müharibə məsələsində doğru-dürüst təsəvvür yaratmağa çalışır. Azərbaycan ictimaiyyətinin böyük əksəriyyətinin düşüncəsində bu işğalçı müharibədir və Rusiyanın hərbi təcavüzüdür. Bir çox media qurumları da ictimaiyyətin rəyinə əsasən bunu bu cür işıqlandırır.
Məhkəməyə vermək üçün isə O. Kuznetsov hüquqi şəxs olaraq kimi təmsil etdiyini dəqiqləşdirməlidir. Çünki, predmetsiz məsələləri məhkəmə qəbul etmir. Ortada mütləq şəkildə əsaslandırılmış ittiham olmalıdır ki, məhkəmə onu qəbul edə bilsin”.
 
“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədovun isə məsələyə münasibəti bir qədər fərqlidir. Onun sözlərinə görə, məhkəməyə vermək fikri ilə bağlı hüquqi mexanizmin olduğunu düşünmürəm. Amma Oleq Kuznetsovun o fikri ilə həmfikirəm ki, biz ancaq hadisələrə Ukraynanın gözü ilə baxır, Ukraynanın qulağı ilə eşidirik. Bu zaman müharibədə tərəf olmuş oluruq. 
 
 
“Söhbət təbii ki, informasiya müharibəsindən gedir. Həmçinin, Oleq K. Ermənistan Azərbaycan müharibəsində Azərbaycana dəstək verən az sayda rusiyalı icyimai-siyası xadimlərdən biri idi. Mənəvi olaraq inciməyə müəyyən qədər haqqı var. Ermənilər sentyabrın 27-də Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan zaman ilk reaksiya verənlərdən biri o idi. Məsələ ondadır ki, informasiya müharibəsində bəzi media nümayəndələri feyk xəbər də yayır, özünə marağına uyğun gələn fikirlər də paylaşır. Bu zaman, Ukraynanın yaydığı məlumat olsa belə,  biz narahat olmuruq ki, bu yalan ola bilər. Optiaml variant odur ki hər iki tərəfin rəsmi informasiyalarına istinadən xəbər verək. Ölkələrin müdafiə nazirliklərinin yaydığı xəbərlərə diqqət yetirmək daha məqsədəuyğundur. Ən azından formal neytrallığı qorumuş olarıq. İkisi də müəyyən mənada dost ölkələrdir. Real müharibədə tərəf olmadığımız kimi informasiya müharibəsində də tərəf olmamağa çalışmalıyıq. Amma, Azərbaycan mediasını məhkəməyə verməklə təhdid edən Kuznetsov məsələni çox gərib”.
 
Hər halda, Rusiya-Ukrayna müharibəsində hər şey göz önündədir. Medianın informasiyalarından əlavə xalqın paylaşımları da diqqət mərkəzindədir. Yəni belə desək, xalqın gözü tərəzidir.
 
Zeynəb Nadirova
 
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Elmira Süleymanova ilə vida mərasimi keçirilir
15:22 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
Hamısı