“Rusiya Ukraynadan sonra Moldovanın üzərinə gedəcək” - Politoloqdan Zelenskinin bəyanatına REAKSİYA - ednews.net

25 May, Çərşənbə

(+994 50) 229-39-11

“Rusiya Ukraynadan sonra Moldovanın üzərinə gedəcək” - Politoloqdan Zelenskinin bəyanatına REAKSİYA

Siyasət A- A A+

“Rusiya Ukraynanı parçalayıb xırda separatçı rejimlər yaradacaq”.

Bu sözləri Ednews-a politoloq Cümşüd Nuriyev Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım və Donbasla bağlı bəyanatını şərh edərkən bildirib.

O, qeyd edib ki, Zelenskinin siyasi təcrübəsizliyi ölkəsinin işğalına aparan şəraitin yaradılmasına gətirib çıxardı.

“Zelenski müharibə başlamamışdan əvvəl Krım və Donbas məsələsində rasional addımlar atmalı idi. O, münaqişəli məsələlərə ağıllı və ehtiyatlı yanaşmalı idi. Bu müharibədə Rusiyanın iştahı daha böyükdür. Moskva təkcə Donbassı və Krımı yox, həmçinin Ukraynanın bütöv şərq hissəsi daxil olmaqla, bu ölkənin Azov və Qara dənizə çıxan sahillərini nəzarətə götürmək istəyir. Zelenskinin səsləndirdiyi fikirləri onun zəif olduğunu görsərtdi”.

Politoloq Rusiya və Ukraynanın resurslarının bərabər olmadığını qeyd edib.

“Rusiya siyasi və iqtisadi cəhətdən çöksə də, hərbi cəhətdən hələ ayaqdadır. Rusiya ordusu Ukraynada müharibəni davam etdirir. Onlar ideoloji cəhətdən də mübarizəsini aparır”.

Cümşüd Nuriyev Ukraynada Gürcüstan ssenarisinin baş verəcəyini qeyri-mümkün hesab edib.

“Rusiya Ukraynanın böyük bir hissəsini işğal etdikdən sonra onu parçalayacaq. Yaxın zamanda Ukraynada Xarkov, Çernikov, Xerson və Odessa kimi cırtdan qondarma dövlətlər görə bilərik. Rusiya belə bir addım atmağa məcbur olacaq. Rusiya Ukraynada işini tamamladıqdan sonra Moldovanın üzərinə gedəcək”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın ABC kanalına verdiyi mühasibəsində Krım və Donbass məsələsində Rusiya ilə dialoqa hazır olduğunu bildirib.

O, bildirib ki, Krım və Donbasda gələcəkdə insanların necə yaşayacağını müzakirə etmək və hansısa kompromisə gəlmək olar.

Yunis Abdullayev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...