"Ermənistan Azərbaycanla dialoqa yaxın durmalıdır" Britaniya Parlamenti nümayəndəsi

Siyasət 13:22 24.03.2022
"Bu yaxınlarda Azərbaycan Ermənistana hər iki tərəfin yekun sülh sazişi hazırlamağa başlaya biləcəyi beş prinsip təklif edib. Ancaq Ermənistan bu və digər normallaşma təkliflərindən yayınmağa, süründürməçilik etməyə davam edir".
 
Ednews xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin Azərbaycan qrupunun sədr müavini Lord Kilkluni nüfuzlu "PoliticsHome" saytında yazdığı Azərbaycan və Ermənistan arasında post-münaqişə vəziyyətinə dair məqaləsində deyib. O bildirib ki, 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan münasibətləri normallaşdırmaq və həm azərbaycanlıların, həm də ermənilərin xeyrinə regionun yenidən qurulması ümidi ilə Ermənistana dostluq əlini uzadıb.
 
"Bu yaxınlarda Azərbaycan Ermənistana hər iki tərəfin yekun sülh sazişi hazırlamağa başlaya biləcəyi beş prinsip təklif edib. Ancaq Ermənistan bu və digər normallaşma təkliflərindən yayınmağa, süründürməçilik etməyə davam edir. Ermənistan Azərbaycandan gələn təklifi qəbul etməli və beynəlxalq prinsiplər, o cümlədən ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının tanınması əsasında tam normallaşmaya nail olmaq üçün ciddi və əsaslı dialoq aparmalıdır. Burada Böyük Britaniya da hər iki tərəfi müsbət və konstruktiv şəkildə məşğul olmağa təşviq edərək, bu normallaşmaya töhfə vermək üçün əlindən gələni etməlidir".
 
Lord Kilkluni məqaləsində Ermənistanın 2020-ci ildə üç ölkə arasında imzalanan sazişi pozaraq regional nəqliyyat marşrutlarının və Zəngəzur dəhlizinin açılmasına mane törətməyə davam etdiyini də bildirib: "Mən Böyük Britaniyanın maraqları üçün həyati əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunun yenidən qurulması cəhdlərini qətiyyətlə dəstəkləyirəm. Rusiya və Ukrayna arasındakı gərginlik, Ermənistan və Azərbaycan arasında olan münaqişə də daxil olmaqla, davamlı həll yollarının yaradılmasının vacibliyini nümayiş etdirir".
 
Lord Kilkluni Ermənistanın partlamamış qurğular nəticəsində onlarla mülki şəxsin ölümünə və yaralanmasına səbəb olan dəqiq mina xəritələrini və digər müvafiq məlumatları Azərbaycana təqdim etmədiyini xatırladıb. O bildirib ki, bu beynəlxalq humanitar hüquq öhdəliklərinin açıq şəkildə pozulması deməkdir. Lord Kilkluni qeyd edib ki, Ermənistan Azərbaycanın 1990-cı illərdəki hərbi əməliyyatlardan sonra itkin düşmüş 4 000 azərbaycanlının yeri ilə bağlı məlumatların bölüşdürülməsi tələblərinə də susurlar.
 
Məqalədə həmçinin 1990-cı illərdə Ermənistan və Azərbaycan arasında hərbi münaqişələr haqqında da məlumat verilib. Bildirilib ki, bu münaqişələr Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə, o cümlədən Dağlıq Qarabağa genişmiqyaslı hərbi müdaxiləsi nəticəsində baş verib.
 
Lord Kilkluni məqaləsində 1992-ci ilin fevralında Xocalı şəhərində 600-dən çox insan, o cümlədən qocalar və uşaqlar da daxil olmaqla, dinc əhali vəhşicəsinə qətlə yetirildiyini qeyd edib. Bildirib ki, bu da Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi sistematik etnik təmizləmə siyasətini əks etdirir: "Ermənilərin hərbi təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı öz yurd-yuvasını tərk edərək öz ölkələrində məcburi köçkün vəziyyətinə düşməyə məcbur olub".
 
O bildirib ki, Ukraynadakı hazırkı vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin davamlı həllinin vacibliyini nümayiş etdirir.
 
"Ərazi bütövlüyünün və suverenliyinin qorunmasına tam sadiq bir ölkə kimi Azərbaycan Ukrayna xalqını 10 milyon avrodan çox dəyərində həyati vacib tibbi ləvazimatlarla təmin etməklə yanaşı, Ukrayna və Rusiya arasında birbaşa danışıqların Bakıda keçirilməsini təklif edib. Bu, Rusiyanın Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olan, öz ərazilərində iki Rusiya hərbi bazasına ev sahibliyi etməkdə davam edən Ermənistanın siyasəti ilə kəskin ziddiyyət təşkil edir", - deyə məqalədə qeyd edilib.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Hamısı