“Azərbaycan erməniləri hər cür şəraitlə təmin etməyə hazırdır, lakin...” - Zərdüşt Əlizadədən AÇIQLAMA - ednews.net

25 May, Çərşənbə

(+994 50) 229-39-11

“Azərbaycan erməniləri hər cür şəraitlə təmin etməyə hazırdır, lakin...” - Zərdüşt Əlizadədən AÇIQLAMA

Siyasət A- A A+

“Azərbaycanın Qarabağda son vaxtlar atdığı addımların məqsədi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilər üzərində öz suveren hüququnu bərpa etməkdir. Bizim bu qanuni hədəfimizə heç kəs bir söz deyə bilməz”.

Bu sözləri Ednews-a açıqlaması zamanı politoloq Zərdüşt Əlizadə Qarabağ ətrafında gedən hazırki prosesləri şərh edərəkən bildirib.

Söhbət zamanı siyasi analitik Azərbaycan ordusunun Ağdam və Xocalı istiqamətində yeni mövqelərin tutması barədə olan məlumatlardan da söz açıb.

“2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən imzalanan üçtərəfli bəyannamənin 4-cü maddəsinə görə, qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın suveren ərazisi olan Qarabağı tərk etməlidirlər. Təəssüf ki, biz bunun əksini görürük. Qanunsuz erməni silahlı birləşmələri bu günə qədər ərazimizdə qalmaqdadırlar. Azərbaycan hökuməti dəfələrlə Ermənistandan gələn hərbi qruplaşmaları Qarabağdan çıxarması və yerli erməni silahlı birləşmələrini tərkisilah etmək barədə Rusiya sülhməramlı qüvvələrini xəbərdarlıq edib. Bütün bunlara baxmayaraq, bizim xəbərdarlığımız qulaq ardına vurulub. Ona görə ki, Rusiya gələcəkdə öz siyasi oyunlarını həyata keçirmək üçün Qarabağ kartdın istifadə etmək istəyir. Bundan əlavə, bəyannaməyə qarşı digər pozuntular da müşahidə olunur. Azərbaycanın icazəsi olmadan Ermənistanın vəzifəli şəxsləri və xarici rəsmiləri Qarabağa səfərlər edirdilərAzərbaycan da bütün bu qanunsuzluqları və özbaşnalıqları səbirlə və təkminlə izləyirdi”.

Politoloqun fikrincə, Rusiya-Ukrayna müharibəsi bölgədə ermənilərin özbaşnalıqlarının son qoyulması üçün əlverişli şərait yaradıb.

“Rusiyanın Ukraynada son bir ayda apardığı hərbi əməliyatları dalana dirənib. Rusiya ordusu Ukrayna ordusu qarşısında xeyli itkilər verib. Belə olan vəziyyətdə Moskva əlavə qoşun toplamalıdır. Rusiyanın bütün suveren ərazisi daxil olmaqla Kreml xarici ölkələrdə rus hərbi bazalarında xidmət edən bir çox əsgərləri Ukraynaya göndərir. Eyni zamanda Rusiyanın Ermənistanın Gümrü şəhərində 102-ci hərbi bazasının bir sıra hərbiçiləri, o cümlədən Qarabağda sülhməramlıların bir hissəsi Ukraynada döyüşlərə qatılıb. Ermənilər bunu görüb təşvişə düşüblər. Separatçılara görə, sülhməramlılar Qarabağ ermənilərinin təhlükəsizliyinin zəmanətidir. Bu zaman ruslar qanunsuz erməni silahlı birləşmələrinə onların tərk etdiyi mövqeləri tutmağa və yeni istehkamlar qurmağa imkan yaradırlar. Ermənilər də bundan istifadə edib yeni xəndəklər və səngərlər qazmağa başlayırlar. Buna görən Azərbaycan hərbiçiləri hücum əməliyyatı həyata keçirərək, onların yeni mövqelərini sıradan çıxarır və nəzarətə götürür. Fərrux və Xramotdakı baş verən hadisələr buna söykənir”.

Söhbət əsnasında Zərdüşt Əlizadə Azərbaycan hökumətinin Qarabağ ermənilərinə, Ermənistan rəhbərliyinə, hətta sülhməramlılara Qarabağda sosial təminatın və enerji təhlükəsizliyinin təmin edilməsi bağlı təkliflər veridiyini də qeyd edib.

“Azərbaycan hökuməti Qarabağda azərbaycan əhalisi ilə bərabər erməni əhalisinin sosial güzaranın və normal şəraitinin təmin etməsinə hazır olduğunu bildirib. Biz deyirik ki, Azərbaycan vətəndaşı olan ermənilər niyə qazı Ermənistandan alır, qoy Azərbaycan həmin ərazidə yaşayan vətəndaşlarını qazla təmin etsin. Hətta biz Qarabağ ermənilərini yeni su və işıq xətləri ilə təmin etməyə hazır olduğumuzu bildirmişik. Lakin Qarabağ erməniləri bütün bunları rədd edib Azərbaycanın suveren ərazisini və qanunlarını tanımadıqlarını bildirilər. Bildiyimiz kimi, Ermənistandan Qarabağa gedən qaz borusu Azərbaycandan keçir. Qışın soyuq vaxtlarında qaz kəməri birdən-birə partlayır və ermənilər qazsız qalır. Kəmərin təmir edilməsi üçün gərək Azərbaycan əsgərlərinin nəzarət etdiyi əraziyə keçərsən. Bu da mümkün deyil. Burada ermənilər bizi günahlandırırlar ki, biz onlara qarşı guya etnik təmizləmə aparırıq. Adam özünə sual verər ki, ay insan, mənim dövlətimi tanımadığın halda mən sənin hüquqlarını niyə tanımalıyam? Zəhmət çəkin, bizim dövlətin ərazisini tanıyın və qanunlarımıza hörmət edin, o cümlədən Azərbaycana qazınızı və işığınızı təmin etməsinə imkan verin. Sizin sosial təminatınız Azərbaycandan aslıdır”.

Sonda Zərdüşt Əlizadə Azərbaycan hökumətinin Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya üçün müəyyən rasional tədbirlər görməsinin vacibliyini də vurğulayıb.

“Qarabağda ermənilərin və azərbaycanlıların yenidən birgə yaşayışını Avropanın humanitar təşkilatların vasitəçiliyi ilə təmin etmək lazımdır. Erməni və azərbaycan xalqları arasında əlaqələrin qurulmasına bu təşkilatlar öz töhvəsini verə bilər. Belə olan halda dostluğun tərəfdarı olan yerli ermənilər onları uzun müddət qul kimi saxlayan erməni millətçilərdən qorxmayacaqlar və Azərbaycanda yaşamağa razı olacaqlar”.

Yunis Abdullayev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...