Azərbaycanda əsgərə ayrılan müavinət niyə aşağıdır? Ordudan ucalan etiraz səsi və reaksiyalar

Siyasət 16:48 30.03.2022

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu Fərid İsmayılov sosial şəbəkədə yazdığı statusunda xidmət şəraitindən narazılıq etməsi ölkə gündəmini zəbt edib.  

Belə ki, işğaldan azad edilmiş rayonlarımızın birində xidmət edən hərbi qulluqçu, jurnalist Fərid İsmayılov ötən gün “feysbuk” səyfəsində paylaşdığı fikirləri ordu daxilindəki problemləri bir daha qabardıb.

Bir 1 kişi ve açık hava görseli olabilir

F.İsmayılov xidmət keçdiyi hərbi hissənin komanda heyətini rüşvətxorluqda ittiham edir, hərbi hissənin dövlət yox, meşə qanunları ilə idarə olunduğunu, istilik, içməli su, qida problemlərinin olduğunu, onun və digər əsgərlərin sağlamlığına ciddi ziyan dəydiyini bildirib. Fərid həmçinin əsgər və çavuşların odun toplamaq üçün minalı ərazilərə göndərildiyini, pul qarşılığında onların döyüş postlarına çıxarılmadığını da iddia edib. Sonda isə o əsgəri 13 manat aylıq müavinət alan ordunun güclü ola bilməyəcəyini qeyd edib.

Bu problem sosial şəbəkədə geniş yayıldığına görə, dərhal məsələ ilə bağlı Müdafiə Nazirliyinin və Hərbi prokurorluğun mətbuat xidməti ilə əlaqə saxladıq.

Müdafiə Nazirliyindən Fərid İsmayılovun sosial şəbəkələrdə paylaşdığı fikirlərlə bağlı EDNews-un sorğusuna belə cavab verilib:

Müdafiə Nazirliyinin mətbuata açıqlaması

"İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.

Bildiririk ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.

Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik".

Hərbi prokurorluqdan açıqlama almaq isə mümkün olmayıb.

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas EDNews-a açıqlaması zamanı qeyd edib ki,  bu məsələdə bilavasitə Müdafiə Nazirliyi məsuliyyət daşıyır.

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

“Ümumiyyətlə, çağırışçı əsgər dünyanın heç bir yerində maaş almır. Çağırışçı əsgərə gigiyenik təmizliyini qorumaq, üzünü qırxmaq və s. məqsədilə az miqdarda ödəniş edirlər. Bu bütün dünyada belədir. Sovet dövründə çağırışçı əsgərə təxminən 3 manat 60 qəpik ödəniş edilirdi. İndi 13-15 manatdır. Onlar çağırışçıdır, muzdlu deyil. Harada görülüb çağırışçıya 300-500 AZN pul ödənilsin? Lakin təbii mən də erməni ilə üz-üzə duran əsgərə yüksək maaş verilməsinin tərəfdarıyam.

Qaldı ki, sözügedən hərbi qulluqçunun şikayətinə, sərhəddə, təmas xəttində düşmənlə üz-üzə olan əsgərə xüsusi diqqət göstərmək lazımdır. Onun qida, su, istilik, yataqxana kimi problemləri olmamalıdır. Mən müdafiə komitəsinin üzvü kimi tez-tez işğaldan azad edilmiş ərazilərimizdə yaradılan hərbi hissələrdə oluram. Doğrusu, hansısa ciddi problemlərə rast gəlməmişəm. Lakin bu o demək deyil ki, problemlər yoxdur. Var və çoxdur. Biz bunu DTX-nın Müdafiə Nazirliyinin Maliyyə idarəsində həyata keçirdiyi əməliyyatlardan da gördük. Ona görə də bu kimi problemlərin kökündə Müdafiə Nazirliyi və bu qurumdakı korrupsiya durur”.

Qeyd edək ki, bu il dövlət büdcəsi haqqında qanun layihəsində 2022-ci üçün Azərbaycanda müdafiə və milli təhlükəsizliyin təminatı xərcləri 4 milyard 489 milyon 892,429 min manat (cari məzənnə ilə $2,6 milyarda yaxın) nəzərdə tutulub. Ötən ilsə bu rəqəm 3 milyard 954 milyon manat təşkil edib. Yəni bir il ərzində ölkənin müdafiə xərcləri təqribən bir milyard manat artırılsa da Fərid İsmayılovun xidmət etdiyi Qarabağdakı hərbi hissələrimizin birində içməli su və qida problemi öz həllini tapmayıb.

Azərbaycanda müddətli hərbi qulluqçulara ödənilən aylıq müavinətə gəldikdə isə son 17 il ərzində bu müavinətlər cəmi iki dəfə artırılıb. Yəni, 17 il öncə 20.000 manat olan (6 manat) əsgər müavinəti bu gün 13 manat təşkil edir. Lakin bu illər ərzində ərzaq, siqaret və gigiyenik vasitələrdə müşahidə edilən qiymət artımları nəzərə alınsa əsgər müavinətinin hələ də çox aşağı olduğu qeyd edilə bilər.

Müqayisə üçün deyə bilərik ki, qardaş Türkiyədə sıravi əsgərlərə ödənilən aylıq müavinət təqribən 17-18 manat məbləğindədir. Sərhəd zastavalarında xidmət edən əsgərlərə 140, terrorla mübarizə tədbirlərinin həyata keçirildiyi Cənub-şərqi Anadolu regionunda isə bu məbləğ 306 manat təşkil edir.

Nicat İsmayılov

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı