“Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir. Üzvlüyümüz dövründə Azərbaycan bir sıra nəaliyyətlər əldə edib”.
Ednews xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov “Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı”na həsr olunan tədbirdə bildirib. Onun sözlərinə görə, Avropa dəyərlərinə sadiq olan Azərbaycan 2014-cü ildə Nazirlər Komitəsinə sədrlik edib, müxtəlif illərdə AŞ-dakı Azərbaycan nümayəndələru müxtəlif komitələrdə fəal işləyib və bu davam edir.
Nazir deyib ki, yeni Fəaliyyət Planı 22 prioriteti əhatə edir.
Azərbaycanın AŞ-la əməkdaşlığı çərçivəsində reallaşn islahatlara toxunan Fikrət Məmmədov deyib ki, məhkəmə sahəsində işlər förülüb, hakim korpusu 75 faiz yenilənib, gənc kadrlar cəlb olunub, gender bərabərləyi istiqamətində irəliləyiş olub:
“Bakıda və müxtəlif regionlarda 35 məhkəmə üçün yeni binalar istifadəyə verilib, bu binalar elektron avadanlıqlarla təchiz olunub”.
Nazir qeyd edib ki, Azərbaycanda pentensiar sistemdə vərəmlə mübarizədə uğurlar əldə olunub:
"ÜST müxtəlif ölkələrin bizim təcrübəmizi öyrənməsi üçün təlim mərkəzi yaradıb. Onlarla ölkənin nümayəndələri bu mərkəzdə bizim təcrübəmizi öyrənib."