Abbasqulu Nəcəfzadədən daha bir ilk - Professorun monoqrafiyası Qırğızıstanda türk dilində çap olunub - ednews.net

25 May, Çərşənbə

(+994 50) 229-39-11

Abbasqulu Nəcəfzadədən daha bir ilk - Professorun monoqrafiyası Qırğızıstanda türk dilində çap olunub

Siyasət A- A A+

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə azərbaycanlı professor Abbasqulu Nəcəfzadənin “Azərbaycan milli nəfəs çalğı alətləri” adlı monoqrafiyası türk dilinə tərcümə edilərək çap olunub.

EDNews xəbər verir ki, Bişkekdəki “Uluu Toolor” nəşriyyatında çap edilən əsəri türk dilinə şair Yusif Aslan və Osmaniyyə Korkut Ata Üniversitetinin doktoru Meysər Kaya çeviriblər.

Monoqrafiya nəfəs alətlərimizi tam şəkildə əhatə edən ilk elmi əsərdir. Kitabda Azərbaycan ərazisində müxtəlif dövrlərdə istifadə edilən nəfəs çalğı alətləri, onların yaranma tarixi, yeri, adının mənası, quruluşu, istifadə qaydaları, bəzi hallarda bu alətləri hazırlayanlar haqqında dəyərli məlumat verilir. Kitabda, eyni zamanda, müxtəlif Şərq ölkələrindən gətirilib Azərbaycanda yayılan, özünəməxsus şəkildə inkişaf etdirilən nəfəs çalğı alətlərindən də söhbət açılır.

Monoqrafiya musiqişünaslar, ifaçılar, folklorçular, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Toplu Qırğızıstanın təhsil ocaqlarına, kitabxanalara veriləcək və pulsuz yayılacaq.

Qeyd edək ki, bu, fondun indiyədək tərcümə və nəşr etdiyi 138-ci kitabdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...