Azərbaycanın Ukraynadakı səfirliyi harada fəaliyyət göstərəcək? - XİN-dən AÇIQLAMA - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanın Ukraynadakı səfirliyi harada fəaliyyət göstərəcək? - XİN-dən AÇIQLAMA

Siyasət A- A A+
“Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə səfirliyimizin fəaliyyətinə tərəfimizdən daha geniş kontekstdə, təhlükəsizlik prizmasından yanaşılır”.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yayıb.
 
Onun sözlərinə görə, hazırda Azərbaycanın Ukraynadakı səfirliyi öz fəaliyyətini ölkənin qərbində, Lvov şəhərində davam etdirir.
 
“Mövcud şərait imkan verəcəyi və müvafiq qərar qəbul ediləcəyi təqdirdə səfirliyimiz yenidən Kiyevdə fəaliyyət göstərəcək”, - deyə L.Abdullayeva bildirib.
 
Qeyd edək ki, son günlər bir neçə ölkə öz səfirliyini Kiyevə qaytarıb. Lakin Ukrayna rəsmiləri Kiyev bölgəsində müharibə təhlükəsinin hələ də qaldığını bildirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...