İran Şuşada keçiriləcək "Zəfər qurultayı"ndan niyə vahiməyə düşüb? Siyasətçilərdən GİZLİ MƏQAMLAR

Siyasət 17:30 22.04.2022
Dünya Azərbaycanlıları Konqresinin işğaldan azad edilən Şuşa şəhərində Zəfər qurultayının keçirilməsi İranda bəzi dairələri yaman narahat edib. 
 
“Azad İran” teleqram kanalının yaydığı məlumatlara görə, sosial şəbəkələrdə islam qardaşlığından dəm vuran “din qardaşlarımız” Şuşada keçirilən nəinki qurultaya, hətta bu şəhərdə təşkil olunan tədbirlərə və aparılan quruculuq işlərinə qeyz, hikkə ilə yanaşırlar və buna qarşı əks-təbliğat aparmaqdan çəkinmirlər. 
 
Azərbaycanın qələbəsini və uğurlarını həzm edə bilməyən, o cümlədən özünü SEPAH və İran kəşfiyyatına yaxın hesab edən media qurumlarında son zamanlar qurultay ilə bağlı  təxribat xarakterli fikirlər yer almaqdadır. Onlar  Şuşada guya pantürkistlər, İsrail və Türkiyə casuslarının yığışdığını və İrana qarşı böyük plan hazırlayaraq, müharibə elan etməyə çalışacaqları kimi cəfəng söz-ifadələr işlədirlər. 
 
Hətta bəzi qüvvələr irəli gedərək Zəfər qurultayını təhdid hesab edib İran ordusunu Azərbaycana müdaxilə etməyə çağırıblar. 
 
Məsələ ilə bağlı  Ednews-a danışan politoloq Sədrəddin Soltan  İran hakimiyyətinin pan-farsizm siyasəti yürütdüyünü qeyd edib. 
 
Çin İranda 5 minə qədər hərbçi yerləşdirəcək” – Mingəçevir İşıqları
 
“İran rejiminin nümayindələri İranda yaşayan azərbaycan türklərinin milli və mədəni hüquqlarının tapdalanmasına göz yumduqlarını yaxşı bilirlər. Dünya Azərbaycanlıları Konqresinin qurultayında İranda etnik azərbaycanlıların hüquqlarının və azadlıqlarının müzakirə mövzusu olması ehtimalı bu ölkənin rəsmilərini narahat etməyə bilməz, çünki İran dünya azərbaycanlılarının vahid həmrəyliyindən qorxur. Onlar bu qurultayda toplanan azərbaycanlıların Cənubi Azərbaycanın dərdini bölüşəcəyini hesab edirlər.
 
Amma həqiqət onu göstərir ki, əvvəlki qurultaylarda qəbul olunan qətnamə və səsləndirilən bəyanatlarda İrana qarşı  heç bir cümlə işlədilməyib". 
 
Elçin Alıoğlu yeni vəzifəyə təyin olundu | No Comment
 
"Azərbaycanda sionistlərin olması və pantürkistlərin İrana qarşı müharibəyə hazırlaşması kimi absurd fikirlər, sadəcə gülüş doğurur".
 
Bu sözləri Ednews –a Milli.az saytının baş redaktoru  Elçin Alıoğlu bildirib. O, Şuşa qurultayının hər hansı bir dövlətə qarşı yönəlməsini qeyri-mümkün hesab edib. 
 
“İranda mühafizəkarlara bağlı olan media qurumları İran-Azərbaycan əlaqələrinin inkişafında maraqlı deyillər. Onlar Azərbaycanın əldə etdiyi uğurlara ikrah hissi ilə yanaşırlar.  Həmin qüvvələr Azərbaycanın İran ilə strateji tərəfdaş olduğunu, bu iki ölkənin regionda bircə mühüm iqtisadi və tikinti layihələri həyata keçirdiyini nəzərə almalıdırlar.  İki qonşu ölkə arasında münasibətləri korlaya bilməzlər”.  
 
Fərəc Quliyevin səs yazısı yayıldı - “Baxın görün, bizi Milli Məclisdə  kimlər təmsil edir” | KONKRET
İranın 44 günlük Vətən müharibəsində din qardaşının düşməni Ermənistanın yanında yer aldığını deyən Azərbaycan Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev İslam rejiminin 30 milyon Azərbaycan türkünü milli və mədəni hüquqlarından məhrum etdiyi barədə söz açıb.  
 
“İran həmişə ölkəmizə qarşı qərəzli münasibət bəsləyib. Biz buna Qarabağ müharibəsində şahidi olmuşuq. İranda bir dənə də olsun azərbaycan dilində məktəb yoxdur.  Soydaşlarımıza öz ana dillərində tədris mərkəzləri və nəşriyyat açmaq imkanları verilmir. Bütün haqları əllərindən alınmaqla bərabər, onlara qarşı repressiyalar tətbiq olunur. Tehran dünya azərbaycanlılarının bu məsələləri qurultayda gündəmə gətirəcəyindən qorxur”. 
 
Fərəc Quliyev Azərbaycanın Qarabağda müharibə apardığı dövrdə İranın Ermənistana açıq və gizli şəkildə silah-sursat ötürdüyü, müharibədən sonra Azərbaycanla sərhəd ərazilərdə erməni silahlı birləşmələrinə təlimlər keçirdiyini də dilə gətirib.   
Nemət Pənahlı Prezidenti təbrik edib
 
Azərbaycan Milli Azadlıq Hərəkatının rəhbərlərdən biri olan, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı İranın Azərbaycana qarşı təbliğatlarına daha kəskin ifadələr səsləndirib.
 
“Azərbaycanın güclənməsi və dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi və bir-birlərinə həmrəy olması İranda Azərbaycan türklərinin azadlıq hərəkatına çox böyük təsiri olacaq.  Gez-tez cənublu soydaşlarımız öz milli haqları  və azadlıqları uğrunda mübarizəyə əl ataraq İranın imperalist dövrünə son qoyacaqlar. Cənubi Azərbaycan onsuzda öz azadlığına və müstəqilliyinə qovuşacaq. İran qonşuluğunda müstəqilliyinə qovuşan dövlətin olduğunu yaxşı bilir”.
 
Yunis Abdullayev 
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Hamısı