Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili 26-27 aprel tarixində Azərbaycana rəsmi səfər edəcək.
Ednews xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov, Milli Məclis sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.