Zahid Oruc: “O dövlətlər Qarabağda sülhdən milyardlar qazanacaqlar!” - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Zahid Oruc: “O dövlətlər Qarabağda sülhdən milyardlar qazanacaqlar!”

Siyasət A- A A+
“Hamıya məlumdur ki, Qarabağın bərpasına 100 milyardlarla manat vəsait gərəkdir.Onu tək bir dövlət qarşılaya bilməz. Elə isə nə üçün Türk Dövlətləri Təşkilatı xeyirxah bir aksiya keçirmir? Yaxud, islam ölkələrinin xüsusi fərqlənməsi hazırki müqədddəs Ramazan ayının xeyirxahlıq, mərhəmət prinsiplərinə uyğun olmazmı? Minaların təmizlənməsinə hərəsi çox 10 milyon dollarlıq yardım etsə, tarixi Mina dağını ziyarət etmiş olarlar!”
 
Ednews xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı deyib. 
 
“Amerikada general Corc Marşalın əməl varisləri Qarabağda azad edilən torpaqlarda bir küçənin bərpasını üzərlərinə götürə bilməzlərmi? 100 il əvvəl Xəzər dənizinə donanma ilə gələn general Tomsonun Qarabağda yeganə ali hakimiyyət rəhbəri kimi tanıdığı Xosrov bəy Sultanova münasibətini indi Britaniya hökuməti təkrarlasa, Şuşada bir məhəllənin quruculuğunu öz üzərlərinə götürsə, ədalətli olmazmı?  İki dəfə Bakıya gələn Şarl de Qollun Müqavimət hərəkatında vuruşan azərbaycanlılara ehtiramını davam etdirmək üçün yenidən seçilən Makrondan çoxmu fədakarlıq tələb olunur? Axı, həmin dövlətlər Qarabağda sülhdən milyardlar qazanacaqlar. Biz o şəhərlərdə hər kəsin əməlini öz adı ilə yazıb tarixiləşdirəcəyik. Ona görə də ölkə rəhbərinin  Qarabağın Quruculuğuna Beynəlxalq Yardım Fondunun yaradılması ideyasını hər birimiz müdafiə edirik”.
 
Sonda deputat fikirlərini bu sözlərlə tamamlayıb: 
 
“Yoxsa, son 30 ildə və 44 günlük müharibədə o dövlətlərin davranışları nə olubsa, indi bərpa və yenidən məskunlaşmaya, Böyük qayıdışa də eyni münasibəti görürük. Lakin “Əliyev planı” ilə onsuz da Marşal layihəsindən daha müqəddəsdir-çünki onu tək bir dövlət edir! Prezident Əliyev 44 günlük hərbi meydanda kimdirsə, inşaat meydanında da həmin Qurucu liderdir!”
 
Vüsalə Balayeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...